28 noyabr 2011 12:03

Yığmamız Surqutdan 2 qızıl, 2 gümüşlə qayıtdı

Rusiyanın Surqut şəhərində Fərman Salmanovun xatirəsinə həsr olunmuş Neft Ölkələrinin Dünya Kuboku turniri yekun vurulub. Azerisport.az xəbər verir ki, Azərbaycan boksçuları yarışı 2 qızıl və 2 gümüş medalla başa vurublar.
 
Kişilərin turnirində Cavid Çələbiyev (52 kq) və Məhəmməd Abdulhəmidov (56 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Çələbiyev həlledici görüşdə Rusiya nümayəndəsi Semyon Stepanovu məğlub edib – 20:16. Abdulhəmidov isə final qarşılaşmasında Xantı-Mansiysk Muxtar Vilayətinin komandasını təmsil edən Nurəli Əliyev üzərində qələbə qazanıb. Boksçumuzun 12 zərbəsinə rəqib yalnız 6 zərbə ilə cavab verə bilib.
 
Qadınların yarışında isə 2 boksçumuz gümüş medala layiq görülüb. 60 kq çəki dərəcəsində mübarizə aparan Ayzanat Hacıyeva yalnız finalda rusiyalı dünya və Avropa çempionu Sofiya Oçiqavaya uduzub. Yelena Vıstropova (75 kq) qızıl medal uğrunda görüşdə rusiyalı Nadejda Torlopovayla üz-üzə gəlib. Döyüş 10:10 hesabı ilə başa çatsa da, hakimlər qələbəni Torlopovaya veriblər.

Похожие новости

Boks 02 oktyabr

Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm

Azərbaycan boks yığmasının üzvü, Polşada keçirilən III Avropa Oyunlarında bürünc medal qazanaraq, Paris-2024-ə lisenziya əldə edən Murad Allahverdiyev Azerisport.com-a müsahibə verib.
Boks 01 noyabr

Azərbaycan yığmasının baş məşqçisi istefaya göndərildi

Boks üzrə Azərbaycan yığmasının baş məşqçisi Pedro Roke istefaya göndərilib.
Boks 27 avqust

Zamiq Atakişiyevdən ikinci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev növbəti döyüşünü keçirib.
Boks 01 avqust

Zamiq Atakişiyevdən debütündə erkən qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə debüt edib.
Boks 30 iyul

Qəbələnin boksçusu Riqada rinqə çıxacaq

“Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə ilk döyüşünü keçirəcək
Boks 28 iyun

Boks yığmamız ABŞ-a bu heyətlə gedir

Olimpiadaya tarixində ilk dəfə maksimum heyətlə qatılacaq kişilərdən ibarət boks yığmamız sonuncu təlim-məşq toplanışını ölkə xaricində keçəcək.
Boks 25 iyun

Rüfətlə Teymur çempion oldu, Kamran Rioya lisenziya qazandı

Bakıda Olimpiadaya lisenziya verən boks üzrə beynəlxalq turnirə yekun vurulub.
Boks 01 iyun

Üç boksçumuz üçün Rioya lisenziya qazanmaq şansı

İyunun 16-dan 25-dək Bakıda boks üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək.
Boks 24 may

Azərbaycan boks üzrə dünya çempionatını medalsız başa vurdu

Qazaxıstanın paytaxtı Astana şəhərində boks üzrə qadınların dünya çempionatı keçirilir.