19 noyabr 2011 11:06
Baku Fires ardıcıl ikinci qələbəsini qazandı
İstanbulun Əhməd Cömərt İdman salonunda Ümümdünya Boks Seriyasının (WSB) 2-ci turunun matçında Türkiyənin “İstanbul Bosphorus” və Azərbaycanın “Baku Fires” komandaları qarşılaşıblar. Azerisport.az xəbər verir ki, beş döyüş nəticəsində qələbəni Fires qazanıb – 3:2.
Istanbul Bosphorus - Baku Fires
54 kq. Murat Temur (Türkiyə) – Qairbek Qermaxanov (Azərbaycan) – 4-cü raundda Qermaxanov texniki nokautla qalib gəlib
61 kq. Bunyamin Aydın (Türkiyə) – Semyon Qrivaçyov (Azərbaycan) – 46:49, 46:49, 46:49
73 kq. Caba Xositaşvili (Gürcüstan) – Məhəmməd Nurudzinov (Belarus) – 48:47, 49:46, 49:46
85 kq. Sardor Beqaliyev (Özbəkistan) – Azamat Murtuzəliyev (Azərbaycan) – 46:49, 47:48, 46:49
+91 kq. Viktor Zuyev (Belarus) – Hacı Murtuzəliyev (Azərbaycan) – 50:45, 50:45, 50:45
Turnir cədvəli:
1. Baku Fires – 6 xal, döyüşlərin fərqi – 8-2 (2 matçdan sonra)
2. Leipzig Leopards – 3, 4-1 (1)
3. Paris United – 3, 3-2 (1)
4. Istanbul Bosphorus – 2, 4-6 (2)
5. Mexico City Guerreros – 0, 1-4 (1)
6. Wuxi Dragons – 0, 0-5 (1)
Noyabrın 19-da «В» qrupunda daha iki matç baş tutacaq: Wuxi Dragons (Çin) - Leipzig Leopards (Almaniya), Mexico City Guerreros (Meksika) - Paris United (Fransa).
Baku Fires növbəti görüşünü dekabrın 2-də Fransada “Paris United” komandasına qarşı keçirəcək.
