13 noyabr 2011 00:10
Baku Fires yeni mövsümə darmadağınla başladı
Noyabrın 12-də “Sərhədçi” Olimpiya İdman Mərkəzində Dünya Boks Seriyası (WSB) yarışlarının ilk mərhələsi çərçivəsində Azərbaycanın “Baku Fires” və Çinin “Wuxi Dragons” komandaları qarşılaşıblar. Azerisport.az xəbər verir ki, komandamızın heyətində Məhəmməd Əbdülhəmidov (54 kq), Mədadi Naqzibəyov (61 kq), Heybulla Mürsəlov (73 kq), Ramazan Məhəmmədov (85 kq) və Əbdülqədir Abdullayev (91 kq-dan yuxarı) yer alıblar.
Yarışda M.Əbdülhəmidov rəqibi Yuyu Dunu, M.Naqzibəyov Jenqjia Denqi, H.Mürsəlov Vey Liunu, R.Məhəmmədov Younlonq Şini və Ə.Abdullayev Cozef Parkeri məğlub etməyi bacarıb.
Beləliklə, “Baku Fires” komandası 5:0 hesabı ilə qələbə qazanıb.
“Baku Fires” növbəti oyununu noyabrın 19-da Türkiyədə “İstanbul” komandasına qarşı keçirəcək.
