11 noyabr 2011 17:47

Baku Fires-Wuxi Dragons: çəki mərasimi və görüş öncəsi fikirlər (FOTOLAR)

Bu gün “Sərhədçi” Olimpiya mərkəzində “Baku Fires” (Azərbaycan) və “Wuxi Dragons” (Çin) komandaları arasında Ümumdünya Boks Seriyasının (WSB ) matçına həsr olunmuş çəki mərasimi və mətbuat konfransı keçirilib. Azerisport.az xəbər verir ki, bu gün keçirilən tədbirdə hər iki komandanın boksçularından başqa, “Baku Fires”in baş meneceri Rizvan Gənciyev, komandanın baş məşqçisi Həmzət Ağayev, “Wuxi Dragons”un baş meneceri Ksyaocun Ju, Çin komandasının baş məşqçisi Jixonq Yuan, həmçinin WSB-nin supervayzeri Qarip Erkuyumçu iştirak ediblər. 
 
Qarip Erkuyumçu boksçuları çəki mərasiminə dəvət edib. Çəki yoxlamasından sonra tədbir iştirakçıları qarşıdakı matçla bağlı öz fikirlərini bildiriblər.
 
Ksyaocun Ju bu günkü görüşün bütün iştirakçılarını salamlayıb: “Wuxi Dragons” matça hazırdı. Biz Baku Fires kimi güclü komandaya qarşı layiqli çıxış üçün əlimizdən gələni edəcəyik” – deyə, “Dragons”un baş meneceri bildirib.
 
Rizvan Gənciyev hər kəsi WSB-nin ikinci mövsümünün başlaması münasibətilə təbrik edib və bütün azarkeşləri matça dəvət edib: “Gəlin – təəssüflənməyəcəksiniz! Rəqibimiz çox çətin rəqibdir. “Wuxi Dragons”un yeni boksçuları və məşqçisi var. Görünür komanda güclənib. Rəqib haqqında geniş informasiyaya malik deyilik. Sabah onun əsl gücünü biləcəyik” – deyə, “Fires”in nümayəndəsi bildirib.
 
Jixonq Yuan vurğulayıb ki, “Baku Fires” çox güclü komandadı: “Biz bunu hələ ötən mövsümdə görmüşük. Azərbaycan komandasının çempionluq üçün əla imkanları var. “Wuxi Dragons”a gəldikdə isə, komandada yeni idmançılarımız var. Onları işdə görmək maraqlı olacaq. Əminəm, sabahki oyun çox baxımlı alınacaq” – deyə, məşqçi qeyd edib.
 
Həmzət Ağayev vurğulayıb ki, ötən mövsüm “Baku Fires” mübarizəyə Çin komandasına qarşı başlamışdı. “O zaman hər şey bizim üçün yaxşı oldu. Bizim qalib gəlmək üçün əla imkanlarımız var idi. Kimin bu il qələbəyə əsas iddiaçı olduğunu söyləmək hələ tezdi. Favoritlər ilk iki-üç turdan sonra müəyyənləşəcək” – deyə, məşqçi bildirib.
 
Qeyd edək ki, matç noyabrın 12-də “Sərhədçi”də keçiriləcək və saat 19:00-da başlayacaq.
 
Komandaların heyətlərini yenidən nəzərinizə çatdırırıq:
 
Baku Fires – Wuxi Dragons
54 kq. Məhəmməd Əbdülhəmidov (Azərbaycan) – Yuyu Du (Çin)
 
61 kq. Mədadi Naqzibəyov (Tacikistan) – Jenqjia Denq (Çin)
 
73 kq. Heybulla Mürsəlov (Azərbaycan) – Vey Liu (Çin)
 
85 kq. Ramazan Məhəmmədov (Azərbaycan) – Yunlonq Şi (Çin)
 
+91 kq. Əbdülqədir Abdullayev (Azərbaycan) - Cozef Parker (Yeni Zelandiya)

Похожие новости

Boks 02 oktyabr

Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm

Azərbaycan boks yığmasının üzvü, Polşada keçirilən III Avropa Oyunlarında bürünc medal qazanaraq, Paris-2024-ə lisenziya əldə edən Murad Allahverdiyev Azerisport.com-a müsahibə verib.
Boks 01 noyabr

Azərbaycan yığmasının baş məşqçisi istefaya göndərildi

Boks üzrə Azərbaycan yığmasının baş məşqçisi Pedro Roke istefaya göndərilib.
Boks 27 avqust

Zamiq Atakişiyevdən ikinci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev növbəti döyüşünü keçirib.
Boks 01 avqust

Zamiq Atakişiyevdən debütündə erkən qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə debüt edib.
Boks 30 iyul

Qəbələnin boksçusu Riqada rinqə çıxacaq

“Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə ilk döyüşünü keçirəcək
Boks 28 iyun

Boks yığmamız ABŞ-a bu heyətlə gedir

Olimpiadaya tarixində ilk dəfə maksimum heyətlə qatılacaq kişilərdən ibarət boks yığmamız sonuncu təlim-məşq toplanışını ölkə xaricində keçəcək.
Boks 25 iyun

Rüfətlə Teymur çempion oldu, Kamran Rioya lisenziya qazandı

Bakıda Olimpiadaya lisenziya verən boks üzrə beynəlxalq turnirə yekun vurulub.
Boks 01 iyun

Üç boksçumuz üçün Rioya lisenziya qazanmaq şansı

İyunun 16-dan 25-dək Bakıda boks üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək.
Boks 24 may

Azərbaycan boks üzrə dünya çempionatını medalsız başa vurdu

Qazaxıstanın paytaxtı Astana şəhərində boks üzrə qadınların dünya çempionatı keçirilir.