10 noyabr 2011 00:36
Yeni mövsümün ilk döyüşü üçün heyət açıqlandı
Noyabrın 12-də saat 19:00-da “Sərhədçi” Olimpiya idman mərkəzində Azərbaycanın “Baku Fires” klubu Dünya Boks Seriyasının (WSB) 2011/2012 mövsümün ilk matçını keçirəcək. Azerisport.az xəbər verir ki, rəqib Çinin “Wuxi Dragons” komandası olacaq.
Artıq bu görüş üçün heyətlər də məlumdu. Onlarla sizi də tanış edirik:
“Baku Fires” – “Wuxi Dragons”
54 kq. Məhəmməd Əbdülhəmidov (Azərbaycan) – Yuyu Du (Çin)
54 kq. Məhəmməd Əbdülhəmidov (Azərbaycan) – Yuyu Du (Çin)
61 kq. Mədadi Naqzibəyov (Tacikistan) – Jenqjia Denq (Çin)
73 kq. Heybulla Mürsəlov (Azərbaycan) – Vey Liu (Çin)
85 kq. Ramazan Məhəmmədov (Azərbaycan) – Yunlonq Şi (Çin)
+91 kq. Əbdülqədir Abdullayev (Azərbaycan) - Cozef Parker (Yeni Zelandiya)
Xatırladaq ki, bu mövsüm “Baku Fires” klubunun heyəti 15 boksçudan ibarətdir. Onlardan səkkizi 2010/2011 mövsümündə də komandamızın şərəfini qoruyurdular. London Olimpiadasına vəsiqə qazanan boksçularımız - dünya çempionu Məhəmmədrəsul Məcidov və Soltan Miqitinov – bu il də “Baku Fires” klubunun uğurları üçün tər tökəcəklər.
Komandaya yeni qoşulan idmançılardan 2010-cu ilin Avropa çempionatının bürünc mükafatçısı belaruslu Nikolay Veselov və 2009-cu ilin Asiya çempionatının bürünc mükafatçısı, tadjikistanlı Mədadi Naqzibəyovu qeyd etmək olar. Naqzibəyov və Heybulla Mürsəlov bu şənbə “Baku Fires” klubunun heyətində ilk görüşlərini keçirəcəklər.
