Ismail Sillax: İsmayılovla döyüşdə öz ustalığımı göstərmək istəyirdim
Yarımağır çəkidə çıxış edən ukraynalı boksçu İsmail Sillax boksçumuz Əli İsmayılov üzərində qazandığı asan qələbəni şərh edib.
Azerisport.az Sportbox.ru-ya istinadən İsmail Sillahın fikirlərini bildirir: “İsmayılovla döyüşdə hər hansı xüsusi risksiz, hər hansı anlaşılmazlıqsız öz ustalığımı göstərmək istəyirdim. Elə alındı ki, asan qələbə qazandım. Əvvəlcədən döyüşü nokautla başa vurmağa qərarlı idim. Görüşü uzatmaq nə mənə, nə də azarkeşlərə gərək deyildi. Döyüşü altıncı-yeddinci raundda başa vurmaq və onu təmiz uzatmaq istəyirdim ki, rəqib görüşü davam etdirməkdən boyun qaçırmasın”.
Qeyd edək ki, görüş professional boks axşamı çərçivəsində rusiyalı Denis Lebedev və amerikalı Ceyms Toni arasında WBA versiyası üzrə birinci ağır çəkidə dünya çempionu kəməri uğrunda döyüşün anderkardında keçirilib.
