24 oktyabr 2011 12:51

Yığmamızın üzvü dünyanın ən güclüsü seçildi

AİBA 2011-ci ilin ən yaxşı boksçularının adlarını açıqlayıb. Azerisport.az xəbər verir ki, başa çatmaqda olan ilin ən yaxşı boksçusu Azərbaycan milli komandasının üzvü Məhəmmədrəsul Məcidov seçilib.
 
Superağır çəki dərəcəsində mübarizə aparan həmyerlimiz WSB liqasının fərdi yarışlarında 2-ci nəticə göstərmişdi. Məcidov yalnız həlledici döyüşdə italiyalı Klemente Russoya uduzmuşdu.
 
Bakıda keçirilən dünya çempionatı isə boksçumuz üçün daha uğurlu oldu. Bütün rəqibləri üzərində inamlı qələbə qazanan yığmamızın üzvü fəxri kürsünün ən yüksək pilləsinə qalxdı. Qeyd edək ki, Məcidov dünya çempionatında keçirdiyi 4 görüşün ikisini vaxtından əvvəl aşkar üstünlüklə başa vurmuşdu. O, Kolumbiya və kubalı rəqiblərini nokautla məğlub etmişdi.
 
Mükafatlandırma mərasimi noyabrın 27-də Londonda keçiriləcək. Xatırladaq ki, ötən il “ən yaxşı gənc boksçu” nominasiyasında həmyerlimiz Şaban Şahpələngov fərqlənmişdi.

Похожие новости

Boks 02 oktyabr

Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm

Azərbaycan boks yığmasının üzvü, Polşada keçirilən III Avropa Oyunlarında bürünc medal qazanaraq, Paris-2024-ə lisenziya əldə edən Murad Allahverdiyev Azerisport.com-a müsahibə verib.
Boks 01 noyabr

Azərbaycan yığmasının baş məşqçisi istefaya göndərildi

Boks üzrə Azərbaycan yığmasının baş məşqçisi Pedro Roke istefaya göndərilib.
Boks 27 avqust

Zamiq Atakişiyevdən ikinci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev növbəti döyüşünü keçirib.
Boks 01 avqust

Zamiq Atakişiyevdən debütündə erkən qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə debüt edib.
Boks 30 iyul

Qəbələnin boksçusu Riqada rinqə çıxacaq

“Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə ilk döyüşünü keçirəcək
Boks 28 iyun

Boks yığmamız ABŞ-a bu heyətlə gedir

Olimpiadaya tarixində ilk dəfə maksimum heyətlə qatılacaq kişilərdən ibarət boks yığmamız sonuncu təlim-məşq toplanışını ölkə xaricində keçəcək.
Boks 25 iyun

Rüfətlə Teymur çempion oldu, Kamran Rioya lisenziya qazandı

Bakıda Olimpiadaya lisenziya verən boks üzrə beynəlxalq turnirə yekun vurulub.
Boks 01 iyun

Üç boksçumuz üçün Rioya lisenziya qazanmaq şansı

İyunun 16-dan 25-dək Bakıda boks üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək.
Boks 24 may

Azərbaycan boks üzrə dünya çempionatını medalsız başa vurdu

Qazaxıstanın paytaxtı Astana şəhərində boks üzrə qadınların dünya çempionatı keçirilir.