20 oktyabr 2011 15:54
Avropa çempionatını medalsız başa vurduq
Hollandiyanın Rotterdam şəhərində keçirilən qadın boksçular arasında Avropa çempionatı yığmamız üçün erkən başa çatıb. Azerisport.az xəbər verir ki, Azərbaycan milli komandasının son ümidi Ayzanat Hacıyeva da mübarizəni dayandırıb.
60 kq çəki dərəcəsində yarışan boksçumuz 1/4 finalda irlandiyalı dünya və Avropa çempionu Keti Teylora uduzub – 4:17. Nəticədə, yığmamız turniri medalsız başa vurub.
Xatırladaq ki, Yelena Vıstropova (69 kq) 1/16 finalda, Leyla Cavadova (75 kq) isə 1/8 finalda mübarizəni dayandırmışdı.
