12 oktyabr 2011 17:02

BBC Azərbaycanın Rokkisinin adını açıqladı

Britaniyanın nüfuzlu BBC televiziyasının internet səhifəsində Bakıda başa çatan boks üzrə dünya çempionatına həsr olunmuş yazı dərc olunub. Azerisport.az xəbər verir ki, “Britaniya boksçuları Bakıda əldə etdikləri rekord nəticəyə sevinirlər” başlıqlı məqalədə əvvəlcə Dumanlı  Albion təmsilçilərinin Heydər Əliyev adına İdman-Konsert Kompleksində uğurla çıxış etməsindən söhbət açılır:
 
“Böyük Britaniya boksçuları Bakıdakı dünya çempionatında 3 gümüş və 1 bürünc medal qazanaraq, tarixdə ən yaxşı nəticələrini göstəriblər. 37 il əvvəl Havanada keçirilmiş ilk mundialda İngiltərə, Uels və Şotlandiya təmsilçiləri mübarizə aparmayıblar. Britaniya boksçuları ilk medallarını 10-cu dünya çempionatında (1999-cu ildə) uelsli Kevin Evansın hesabına əldə ediblər”.
 
Daha sonra müəllif britaniyalıların Bakıdakı turnirdə ən yaxşılar arasında olduğunu qeyd edir. Həmkarımız finalda İngiltərə boksçusu Entonu Yoşuanı məğlub edən  Məhəmmədrəsul Məcidovu da (91+kq) yaddan çıxartmayıb: “Final döyüşündə Yoşua üzərində qələbə qazanan  Məcidovu yada salmamaq düzgün olmazdı. Bəlkə də bu boksçunun texnikası istənilən səviyyədə deyil, onun özünə məxsus stili yoxdur. Ancaq Məcidovun ürəkli olması, heç kimdən çəkinməməsi bütün bu çatışmazlıqları sığortalayır. O, yarışın gedişində  güclü rəqiblərin zərbələrinə tuş gəldi. Ancaq  Azərbaycan boksçusunun qələbəni daha çox istəməsi,  döyüşkənliyi və ürəkli olması onu qələbəyə yaxınlaşdırdı. Bu cəhətlərinə görə Məhəmmədrəsul Məcidovu əfsanəvi Rokki Marsiano və Balboaya oxşatmaq olar. Yerli publikanın dayanmadan onu dəstəkləməsi, döyüşdən sonra isə Azərbaycan respublikasının prezidentinin qızıl medalı ona təqdim etməsi boksçunun karyerasında ən önəmli anlar idi. Bir idmançı üçün bundan böyük arzu, istək, dəstək ola bilməz. Bir sözlə, bu fantastik  final görüşü idi”.

Похожие новости

Boks 02 oktyabr

Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm

Azərbaycan boks yığmasının üzvü, Polşada keçirilən III Avropa Oyunlarında bürünc medal qazanaraq, Paris-2024-ə lisenziya əldə edən Murad Allahverdiyev Azerisport.com-a müsahibə verib.
Boks 01 noyabr

Azərbaycan yığmasının baş məşqçisi istefaya göndərildi

Boks üzrə Azərbaycan yığmasının baş məşqçisi Pedro Roke istefaya göndərilib.
Boks 27 avqust

Zamiq Atakişiyevdən ikinci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev növbəti döyüşünü keçirib.
Boks 01 avqust

Zamiq Atakişiyevdən debütündə erkən qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə debüt edib.
Boks 30 iyul

Qəbələnin boksçusu Riqada rinqə çıxacaq

“Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə ilk döyüşünü keçirəcək
Boks 28 iyun

Boks yığmamız ABŞ-a bu heyətlə gedir

Olimpiadaya tarixində ilk dəfə maksimum heyətlə qatılacaq kişilərdən ibarət boks yığmamız sonuncu təlim-məşq toplanışını ölkə xaricində keçəcək.
Boks 25 iyun

Rüfətlə Teymur çempion oldu, Kamran Rioya lisenziya qazandı

Bakıda Olimpiadaya lisenziya verən boks üzrə beynəlxalq turnirə yekun vurulub.
Boks 01 iyun

Üç boksçumuz üçün Rioya lisenziya qazanmaq şansı

İyunun 16-dan 25-dək Bakıda boks üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək.
Boks 24 may

Azərbaycan boks üzrə dünya çempionatını medalsız başa vurdu

Qazaxıstanın paytaxtı Astana şəhərində boks üzrə qadınların dünya çempionatı keçirilir.