12 oktyabr 2011 16:56

Ermənistan yığması baş məşqçisini qovdu

Bakıda keçirilən boks üzrə dünya çempionatında uğursuz çıxış edərək yalnız bir lisenziya qazanan Ermənistan milli komandasında dəyişiklik olub. Azerisport.az xəbər verir ki, Ermənistan Boks Federasiyası İcraiyyə Komitəsinin qərarı ilə baş məşqçi Rafik Meqrabyan istefaya göndərilib.
 
Mətbuat üçün açıqlamada deyilir ki, komanda Bakıya getməzdən öncə boksçuların qarşısına minimum 3 lisenziya qazanmaq tapşırığı qoyulmuşdu. Dünya çempionatında isə cəmi 1 idmançı London Olimpiadasına vəsiqə əldə etdi. İcraiyyə Komitəsinin qərarı ilə baş məşqçi postuna Karen Ağamalyan təyin olunub. Ona Fedya Aleksanyan kömək edəcək.
 
Xatırladaq ki, Bakıya 8 boksçu gətirmiş ermənilər mükafatçılar sırasına düşə bilmədilər. Komandamız isə 4 lisenziya ilə yanaşı, 2 medal – 1 qızıl və 1 gümüş əldə edərək ümumkomanda hesabında 3-cü yeri tutdu. Soltan Migitinovun WSB liqasında qazandığı vəsiqəni də nəzərə alsaq, hazırda boks idman növündə 5 lisenziyamız var.

Похожие новости

Boks 02 oktyabr

Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm

Azərbaycan boks yığmasının üzvü, Polşada keçirilən III Avropa Oyunlarında bürünc medal qazanaraq, Paris-2024-ə lisenziya əldə edən Murad Allahverdiyev Azerisport.com-a müsahibə verib.
Boks 01 noyabr

Azərbaycan yığmasının baş məşqçisi istefaya göndərildi

Boks üzrə Azərbaycan yığmasının baş məşqçisi Pedro Roke istefaya göndərilib.
Boks 27 avqust

Zamiq Atakişiyevdən ikinci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev növbəti döyüşünü keçirib.
Boks 01 avqust

Zamiq Atakişiyevdən debütündə erkən qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə debüt edib.
Boks 30 iyul

Qəbələnin boksçusu Riqada rinqə çıxacaq

“Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə ilk döyüşünü keçirəcək
Boks 28 iyun

Boks yığmamız ABŞ-a bu heyətlə gedir

Olimpiadaya tarixində ilk dəfə maksimum heyətlə qatılacaq kişilərdən ibarət boks yığmamız sonuncu təlim-məşq toplanışını ölkə xaricində keçəcək.
Boks 25 iyun

Rüfətlə Teymur çempion oldu, Kamran Rioya lisenziya qazandı

Bakıda Olimpiadaya lisenziya verən boks üzrə beynəlxalq turnirə yekun vurulub.
Boks 01 iyun

Üç boksçumuz üçün Rioya lisenziya qazanmaq şansı

İyunun 16-dan 25-dək Bakıda boks üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək.
Boks 24 may

Azərbaycan boks üzrə dünya çempionatını medalsız başa vurdu

Qazaxıstanın paytaxtı Astana şəhərində boks üzrə qadınların dünya çempionatı keçirilir.