5 oktyabr 2011 01:38
Elvin Məmişzadə DÇ-də Aloyana rəqib oldu
Bakıda təşkil olunan boks üzrə dünya çempionatında çıxışını davam etdirən boksçularımızın 1/4 finaldakı rəqibləri müəyyənləşib. Azerisport.az xəbər verir ki, bu mərhələdə ölkəmiz 4 boksçu ilə təmsil olunacaq.
Onlardan Elvin Məmişzadə (52 kq) Mişa Aloyanla (Rusiya) qarşılaşacaq. Heybətulla Hacıəliyevin (64 kq) rəqibi Denis Berinçuk (Ukrayna) olub. Teymur Məmmədov (91 kq) Kubadan olan Xose Lardu ilə döyüşəcək. Məhəmmədrəsul Məcidovun (+91 kq) da rəqibi Kuba idmançısıdı – Erislandi Savona.
Qeyd edək ki, bu mərhələdə qazanılacaq qələbə Məmmədovla Məcidova yalnız medal yox, həm də olimpiadaya lisenziya qazandıracaq.
