4 oktyabr 2011 13:20
Heybətulla Hacıəliyev: Olimpiadada məndən qorxacaqlar
Azərbaycanlı boksçu Heybətulla Hacıəliyev (64 кг) Bakıda keçirilən dünya çempionatının 1/8 final mərhələsində özbəkistanlı Sanjarbek Rahmanov üzərində qələbədən və London olimpiadasına lisenziya qazandıqdan sonra azerisport.az saytının suallarını cavablayıb.
- 1/4 finala vəsiqə qazanan ilk boksçumuz olmaqla yanaşı, lisenziyaya da sahib çıxdınız...
- Düzü, ikinci döyüşüm birinciyə nisbətən daha asan alındı. Şadam ki, qələbə qazandım və bu turnirdə olimpiadaya ilk lisenziyanı da mən təmin etdim. Amma Sultan Migitinovdan sonra mən Azərbaycanı London olimpiadasında təmsil edəcək hələlik ikinci boksçuyam.
- İlk iki raundu inamlı keçirdiniz...
- Üçüncü raundda psixoloji cəhətdən yorğun idim.
- Üçüncü raunda siz pauza götürdünüz. Nə baş vermişdi?
- (gülür) İstirahət etmək istəyirdim.
- (gülür) İstirahət etmək istəyirdim.
- İndi artıq olimpiada haqda düşünürsüz?
- Səbrsizliklə bu turnirin startını gözləyəcəm. Artıq sabahdan etibarən özümü psixoloji cəhətdən olimpiadaya hazırlayacam.
- Səbrsizliklə bu turnirin startını gözləyəcəm. Artıq sabahdan etibarən özümü psixoloji cəhətdən olimpiadaya hazırlayacam.
- Amma dünya çempionatı hələ bitməyib...
- Bilirəm və sayıqlığımı itirməyəcəm. Bütün gücümlə davam edəcəm ki, qızım medal qazanım.
- Yəqin ki, artıq psixoloji cəhətdən asan olar...
- Şübhəsiz. Əsas vəsifənin öhdəsindən artıq gəlinib. İndi sadəcə qızıl medal qazanmaq istəyirəm.
- “Qızıl” qazanmaq şanslarınızı necə dəyərləndirərdiz?
- Mən rəqiblərimdən heç nədə zəif deyiləm. Fikrimcə, qalib olmaq üçün hər cür şansım var. İndi də bu, mənim üçün əsas vəzifədi. Minimum olmayacaq. Əgər DÇ-nin qalibi olsam, olimpiadada da favorit olacam. Məndən qorxmağa başlayacaqlar.
