2 oktyabr 2011 23:15
DÇ-də dördqat qələbə (YENİLƏNİB)
Bakıda keçirilən boks üzrə London olimpiadasına lisenziya verən dünya çempionatı davam edir. Azerisport.az xəbər verir ki, DÇ-nin yeddinci günündə daha dörd azərbaycanlı boksçu rinqə çıxıb.
Elvin Məmişzadə (52 kq) ispaniyalı Fransisko Torrios ilə qarşılaşıb. Boksçumuz bu dəfə də rəqibi üzərində qələbəyə sevinib - 21:15.
Heybətulla Hacıəliyev (64 kq) Gürcüstandan olan boksçu Koba Pxakadzedən güclü olduğunu isbatlamalıydı. O, bu vəzifənin öhdəsindən gəlməyi bacarıb - 18:15.
Ramil Əliyev (81 kq) türkmən Rəsul Yoldaşevlə qarşılaşıb. Boksçumuz rəqibini rinqə çıxmağa peşman edib - 23:6.
Nəhayət, günün sonunda Məhəmmədrəsul Məcidov (+91 kq) Özbəkistandan olan Sərdar Abdullayevi məğlub etməliydi. O, ikinci raundda rəqibini nokauta göndərərək, 1/8 finala adlayıb.
