1 oktyabr 2011 14:24
Elvin İsayev də DÇ-yə qələbə ilə başladı (YENİLƏNİB)
Bakıda keçirilən boks üzrə London olimpiadasına lisenziya verən dünya çempionatı davam edir. Azerisport.az xəbər verir ki, DÇ-nin altıncıgünündə bir azərbaycanlı boksçu rinqə çıxıb.
Bu, 60 kq çəki dərəcəsində yarışan Elvin İsayev idi. O, İsveç idmançısı Reduan Kay üzərində qələbə qazanmalıydı. Gözlənildiyi kimi, idmançımız bu rəqibinə aman verməyib və 15:8 hesablı qələbəni rəsmiləşdirib.
Xatırladaq ki, bundan öncə DÇ-də cəmi 4 boksçumuz rinqə çıxmaq imkanı qazanmışdı. Elvin Məmişzadə (52 kq) və Heybətulla Hacıəliyev (64 kq) ilk döyüşünü qalib başa vurduğu halda, Rəhim Nəcəfov (56 kq) və Emil Əhmədov (69 kq) startdaca mübarizəni dayandırmalı olmuşdu.
