30 sentyabr 2011 16:56
Bu dəfə qələbəyə sevindik (YENİLƏNİB)
Bakıda keçirilən boks üzrə London olimpiadasına lisenziya verən dünya çempionatı davam edir. Azerisport.az xəbər verir ki, DÇ-nin beşinci günündə bir azərbaycanlı boksçu rinqə çıxıb.
Bu, 64 kq çəki dərəcəsində yarışan Heybətulla Hacıəliyev idi. O, Misir idmançısı Eslam Əli üzərində qələbə qazanmağa çalışacaqdı. Qarşılaşmanı daha üstün keçirən həmyerlimiz rəqibini məğlub etməyi bacarıb və mundiala qələbəylə başlayıb - 15:7.
Xatırladaq ki, bundan öncə DÇ-də cəmi 3 boksçumuz rinqə çıxmaq imkanı qazanmışdı. Elvin Məmişzadə (52 kq) ilk döyüşünü qalib başa vurduğu halda, Rəhim Nəcəfov (56 kq) və Emil Əhmədov (69 kq) startdaca mübarizəni dayandırmalı olmuşdu.
