30 sentyabr 2011 00:05
DÇ-dəki növbəti rəqiblərimiz müəyyənləşdi
Bokz üzrə dünya çempionatında qüvvəsini sınayan idmançılarımızdan daha ikisinin növbəti rəqibləri müəyyənləşib. Azerisport.az xəbər verir ki, çıxışına elə ikinci dövrədən start verməli olan Ramil Əliyevlə (81 kq) Məhəmmədrəsul Məcidovun (+91 kq) da startda kimlərlə qarşılaşacağı bəllidi.
Belə ki, Əliyev rinqə ilk olaraq türkmən Rəsul Yoldaşevi məğlub etmək üçün çıxacaq. Hansı ki, bu boksçu ilk mərhələdə Rumıniyadan olan Georginela Xau üzərində qələbə qazanıb.
Məcidov isə Özbəkistan boksçusu Sardor Abdullayevlə üz-üzə gələcək. Onun rəqibi də ilk mərhələdə misirili Madian Kassemdən güclü olub.
