29 sentyabr 2011 16:50
Daha bir boksçumuz DÇ-də startdaca uduzdu (YENİLƏNİB)
Bakıda keçirilən boks üzrə London olimpiadasına lisenziya verən dünya çempionatı davam edir. Azerisport.az xəbər verir ki, DÇ-nin dördüncü günündə bir azərbaycanlı boksçu da rinqə çıxıb.
Bu, 69 kq çəki dərəcəsində yarışan Emil Əhmədov idi. O, italiyalı Danilo Kreatini mübarizədən kənarlaşdırmalıydı. Lakin təəssüf ki, o da elə start döyüşündəcə məğlubiyyətlə üzləşib - 13:19.
Xatırladaq ki, bundan öncə DÇ-də cəmi 2 boksçumuz rinqə çıxmaq imkanı qazanmışdı. Elvin Məmişzadə (52 kq) ilk döyüşünü qalib başa vurduğu halda, Rəhim Nəcəfov startdaca mübarizəni dayandırmalı olmuşdu.
