27 sentyabr 2011 14:51
Teymur Məmmədovun da rəqibi bəlli oldu
Teymur Məmmədovun boks üzrə dünya çempionatındakı rəqibi məlum olub. Azerisport.az xəbər verir ki, 91 kq çəki dərəcəsində mübarizə aparan həmyerlimiz püşkə əsasən ilk mərhələdən azad idi.
Son Avropa çempionatında qızıl medal qazanan Məmmədov barbadoslu Anderson Emmanuellə qarşılaşacaq. Emmanuel ilk döyüşdə Makedoniya təmsilçisi Dimitar Taşkov üzərində qələbə qazanıb.
