27 sentyabr 2011 17:14
DÇ-yə bir qələbə, bir yenilgiylə başladıq (YENİLƏNİB)
Bakıda təşkil olunan boks üzrə dünya çempionatı davam edir. Azerisport.az xəbər verir ki, DÇ-nin ikinci günündə iki azərbaycanlı boksçu ilk sınağına çıxıb.
DÇ-də ilk olaraq mübarizəyə başlayan bokçumuz 52 kq-da yarışan Elvin Məmişzadə olub. O, İndoneziya boksçusu Culio Bria ilə üz-üzə gəlib. Qarşılaşma təmsilçimizin qələbəsi ilə başa çatıb. 17:9 hesablı qələbə Məmişzadəni növbəti mərhələyə çıxarıb.
Rəhim Nəcəfov isə (56 kq) startda İngiltərə boksçusu Lyuk Kempbellə münasibətlərinə aydınlıq gətirib. Təəssüf ki, Elvindən fərqli olaraq Nəcəfov çıxışını erkən dayandırmalı olub - 7:17.
