26 sentyabr 2011 00:08

İlham Əliyev AİBA prezidenti və BOK-un üzvlərini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 25-də Beynəlxalq Boks Assosiasiyasının prezidenti Çinq-Kuo Vunu və Beynəlxalq Olimpiya Komitəsinin üzvlərini qəbul edib. Azerisport.az xəbər verir ki, boks üzrə Dünya çempionatının ölkəmizdə keçirilməsindən məmnunluğunu bildirən dövlətimizin başçısı çempionatın uğurlu olacağına əminliyini ifadə edib.
 
Çempionata hazırlıqla bağlı çox böyük işlərin görüldüyünü deyən Prezident İlham Əliyev ölkəmizin beynəlxalq idman yarışlarına ev sahibliyi etməkdə təcrübəsi olduğunu vurğulayıb. Bu cür mötəbər yarışların Azərbaycanda keçirilməsinin önəmini qeyd edən Prezident İlham Əliyev tədbiri ölkəmizlə Beynəlxalq Olimpiya Komitəsi arasında əməkdaşlığın genişləndirilməsi işinə töhfə verəcəyinə ümidvar olduğunu bildirib.
 
Bundan əvvəl yeniyetmələr və gənclər arasında dünya çempionatlarının Bakıda təşkil olunduğunun əhəmiyyətini vurğulayan Beynəlxalq Boks Assosiasiyasının prezidenti Çinq-Kuo Vu Olimpiya oyunlarına lisenziya verən Boks üzrə dünya çempionatının ölkəmizdə keçirilməsinin əhəmiyyətini qeyd edib və bu münasibətlə dövlətimizin başçısına təbriklərini çatdırıb. O, Azərbaycan Olimpiya Komitəsinin prezidenti kimi ölkəmizdə idmana, o cümlədən idmanın boks növünün inkişafına göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıq edib.
 
Dövlətimizin başçısı Azərbaycan boksçularına göstərilən dəstəyə görə Beynəlxalq Boks Assosiasiyasına təşəkkürünü bildirib. Prezident İlham Əliyev ölkəmizdə idmanın inkişafına hər cür şəraitin yaradıldığını vurğulayıb. Gənclər arasında keçirilən Olimpiya oyunlarında Azərbaycanın boksçularının uğurlu çıxış etdiklərini xatırlayan dövlətimizin başçısı boks üzrə dünya çempionatının ölkəmizdə keçirilməsinin idmanın bu növünə olan marağın daha da artacağına əminliyini bildirib.
Görüşdən sonra xatirə şəkli çəkdirilib.

Похожие новости

Boks 02 oktyabr

Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm

Azərbaycan boks yığmasının üzvü, Polşada keçirilən III Avropa Oyunlarında bürünc medal qazanaraq, Paris-2024-ə lisenziya əldə edən Murad Allahverdiyev Azerisport.com-a müsahibə verib.
Boks 01 noyabr

Azərbaycan yığmasının baş məşqçisi istefaya göndərildi

Boks üzrə Azərbaycan yığmasının baş məşqçisi Pedro Roke istefaya göndərilib.
Boks 27 avqust

Zamiq Atakişiyevdən ikinci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev növbəti döyüşünü keçirib.
Boks 01 avqust

Zamiq Atakişiyevdən debütündə erkən qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə debüt edib.
Boks 30 iyul

Qəbələnin boksçusu Riqada rinqə çıxacaq

“Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə ilk döyüşünü keçirəcək
Boks 28 iyun

Boks yığmamız ABŞ-a bu heyətlə gedir

Olimpiadaya tarixində ilk dəfə maksimum heyətlə qatılacaq kişilərdən ibarət boks yığmamız sonuncu təlim-məşq toplanışını ölkə xaricində keçəcək.
Boks 25 iyun

Rüfətlə Teymur çempion oldu, Kamran Rioya lisenziya qazandı

Bakıda Olimpiadaya lisenziya verən boks üzrə beynəlxalq turnirə yekun vurulub.
Boks 01 iyun

Üç boksçumuz üçün Rioya lisenziya qazanmaq şansı

İyunun 16-dan 25-dək Bakıda boks üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək.
Boks 24 may

Azərbaycan boks üzrə dünya çempionatını medalsız başa vurdu

Qazaxıstanın paytaxtı Astana şəhərində boks üzrə qadınların dünya çempionatı keçirilir.