26 sentyabr 2011 00:02
Federasiyanın inzibati binasının təməlqoyma mərasimi keçirilib
Sentyabrın 25-də Bakıda Azərbaycan Boks Federasiyasının inzibati binasının təməlqoyma mərasimi keçirilib. Azerisport.az xəbər verir ki, tədbirdə Azərbaycan Boks Federasiyasının (ABF) prezidenti Kəmaləddin Heydərov, Gənclər və İdman naziri Azad Rəhimov və Beynəlxalq Həvəskar Boks Assosiasiyasının (AİBA) prezidenti Çinq-Kuo Vu və digər rəsmi şəxslər iştirak ediblər.
Bildirilib ki, federasiyanın inzibati binasının inşası üçün 2 hektar torpaq sahəsi ayrılıb. Binada 500 nəfərlik idman kompleksi, 200 nəfərlik mehmanxana, üzgüçülük hovuzu və avtodayanacaq fəaliyyət göstərəcək. Bununla yanaşı, burada transformator yarımstansiyası, qazanxana, nasosxana və su anbarı da quraşdırılacaq.
ABF-nin prezidenti Kəmaləddin Heydərov və AİBA-nın prezidenti Çinq-Kuo Vu beton qarışığı tökən qurğunu işə salıb və metal gilizi bünövrəyə atıblar. Sonda xatirə şəkli çəkdirilib.
