26 sentyabr 2011 00:06

Kəmaləddin Heydərov: Əminəm ki, onlar rəşadətlə mübarizə aparacaqlar

“Son illər boksçularımız dünya arenasında müvəffəqiyyətlə çıxış edirlər. Azərbaycanda idmanın bu növünü inkişaf etdirmək məqsədilə inşa olunacaq yeni bina idmançılarımıza stimul verəcək. Onlar burada rahat məşq edə biləcəklər”. Azerisport.az xəbər verir ki, bu sözləri sentyabrın 25-də Bakıda Azərbaycan Boks Federasiyasının (ABF) inzibati binasının təməlqoyma mərasimində federasiyanın prezidenti Kəmaləddin Heydərov deyib.
 
O, bildirib ki, bu kompleksdə təkcə paytaxt boksçuları deyil, həm də bölgələrdən olan idmançılar hazırlıq keçəcəklər: “Qarşıda boksçularımızı böyük sınaq gözləyir. Sentyabrın 26-dan oktyabrın 8-dək ölkəmizdə 2012-ci ildə Londonda təşkil olunacaq Yay Olimpiya Oyunlarına lisenziya verən boks üzrə dünya çempionatı keçiriləcək. İdmançılarımız bu mötəbər yarışa cıddı hazırlaşıblar. Mən əminəm ki, boksçularımız həm medal, həm də lisezniya qazanmaq üçün rəşadətlə mübarizə aparacaqlar”.
 
Federasiya prezidenti vurğulayıb ki, son zamanlar BBC teleradio yayım korporasiyası həm ABF, həm də Beynəlxalq Həvəskar Boks Assosiasiyasının (AİBA) ünvanına səsləndirdiyi böhtanın layiqli cavabını alacaq. Kiməsə istinadla qeyri-ciddi bir məlumatı dünya ictimaiyyətinə ötürmək düzgün addım deyil. Bu barədə ABF və AİBA-nın yetərincə faktları var. Bu, sadəcə olaraq böhtandı. AİBA güclü imicə malik olan bir qurumdu. Kənardan kiminsə bu quruma ləkə yaxması mümkünsüzdü.

Похожие новости

Boks 02 oktyabr

Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm

Azərbaycan boks yığmasının üzvü, Polşada keçirilən III Avropa Oyunlarında bürünc medal qazanaraq, Paris-2024-ə lisenziya əldə edən Murad Allahverdiyev Azerisport.com-a müsahibə verib.
Boks 01 noyabr

Azərbaycan yığmasının baş məşqçisi istefaya göndərildi

Boks üzrə Azərbaycan yığmasının baş məşqçisi Pedro Roke istefaya göndərilib.
Boks 27 avqust

Zamiq Atakişiyevdən ikinci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev növbəti döyüşünü keçirib.
Boks 01 avqust

Zamiq Atakişiyevdən debütündə erkən qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə debüt edib.
Boks 30 iyul

Qəbələnin boksçusu Riqada rinqə çıxacaq

“Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə ilk döyüşünü keçirəcək
Boks 28 iyun

Boks yığmamız ABŞ-a bu heyətlə gedir

Olimpiadaya tarixində ilk dəfə maksimum heyətlə qatılacaq kişilərdən ibarət boks yığmamız sonuncu təlim-məşq toplanışını ölkə xaricində keçəcək.
Boks 25 iyun

Rüfətlə Teymur çempion oldu, Kamran Rioya lisenziya qazandı

Bakıda Olimpiadaya lisenziya verən boks üzrə beynəlxalq turnirə yekun vurulub.
Boks 01 iyun

Üç boksçumuz üçün Rioya lisenziya qazanmaq şansı

İyunun 16-dan 25-dək Bakıda boks üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək.
Boks 24 may

Azərbaycan boks üzrə dünya çempionatını medalsız başa vurdu

Qazaxıstanın paytaxtı Astana şəhərində boks üzrə qadınların dünya çempionatı keçirilir.