25 sentyabr 2011 18:55
DÇ-də ilk rəqiblərimiz müəyyənləşdi
Sabah Bakıda boks üzrə dünya çempionatı start götürəcək. Azerisport.az xəbər verir ki, bu gün London olimpiadasına lisenziya verən sözügedən dünya birinciliyinin püşkü atılıb.
Püşkatma nəticəsində dörd boksçumuzun ilkin mərhələdə istirahət edəcəyi müəyyənləşib. Bunlar Salman Əlizadə (49 kq), Ramil Əliyev (81 kq), Teymur Məmmədov (91 kq), Məhəmmdərəsul Məcidovdu (+91 kq).
Yerdə qalan boksçularımız isə startda aşağıdakı rəqiblərlə üz-üzə gələcəklər:
52 kq: Elvin Məmişzadə - Julio Bria (İndoneziya)
56 kq: Rəhim Nəcəfov – Luke Kempbell (İngiltərə)
60 kq: Elvin İsayev – Riduen Kaya (İsveç)
64 kq: Heybətulla Hacıəliyev – Əli İslam (Misir)
69 kq: Emil Əhmədov – Danilo Kreati (İtaliya)
