25 sentyabr 2011 15:58

Kəmaləddin Heydərov: Onlar buna görə cavab verməlidirlər

Azərbaycan Boks  Federasiyasının (ABF) prezidenti Kəmaləddin Heydərov jurnalistlərə açıqlamasında son günlər BBC kanalında AİBA və Azərbaycan əlehinə böhtan xarakterli məsələlərlə bağlı fikirlərini bildirib. Azerisport.az xəbər verir ki, ABF prezidenti bunları dilə gətirib:
 
“Kimlərinsə yalan sözünə əsasən, qeyri-ciddi informasiyanı dünya ictimaiyyətinə ötürmək yaxşı hal deyil. Ona görə də bu işi təşkil edənlər buna görə cavab verməlidirlər. AİBA-nın və ABF-nin əlində hər bir fakt var ki, bunların söylədikləri böhtandan başqa bir şey deyil. Buna görə də boksçularımız dünya çempionatında daha yaxşı çalışıb sübut etməlidirlər ki, onların söylədiklərinin hamısı cəfəngiyyatdı. AİBA son illər ərzində korrupsiyaya qarşı ciddi tədbirlər görüb, şəffaflığın təmin olunmsı üçün böyük islahatlar aparılıb. Kiminsə kənardan onun imicinə  ləkə yaxmağa  gücü çatmaz. Onlar buna nə qədər çalışsalar da gücləri çatmaz. Mən AİBA və bu təşkilatın prezidenti haqqında yalnız xoş sözlər deyə bilərəm. AİBA-nın Bakıda keçirilən son Konqresində bütün ölkələrin nümayəndələri, o cümlədən İngiltərə Boks Federasiyasının  təmsilçisi Beynəlxalq Boks Federasiyası haqqında müsbət fikirlər söylədi. Təəssüf ki, yerli müxalifət mətbuatı da hər dəfə xaricdən  gələn böhtan xarakterli kampaniyaya qoşulur. Onlar Azərbaycanın heç bir uğuruna sevinmirlər. Nə vaxt xarici mətbutda neqativ material oldu onlar da həmin yalanlara qoşulurlar. Bir neçə gün qəzet səhifələrini doldurmaq üçün bundan istifadə edirlər. Yalanları üzə çıxanda isə məsuliyətsizcəsinə susurlar. Amma bu həmişə belə davam etməyəcək. Onlar bu haqda ciddi düşünməlidirlər.  Məsələ Azərbaycanın imicindən gedirsə, iqtidar-müxalifət söhbəti olmamalıdı”. 

Похожие новости

Boks 02 oktyabr

Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm

Azərbaycan boks yığmasının üzvü, Polşada keçirilən III Avropa Oyunlarında bürünc medal qazanaraq, Paris-2024-ə lisenziya əldə edən Murad Allahverdiyev Azerisport.com-a müsahibə verib.
Boks 01 noyabr

Azərbaycan yığmasının baş məşqçisi istefaya göndərildi

Boks üzrə Azərbaycan yığmasının baş məşqçisi Pedro Roke istefaya göndərilib.
Boks 27 avqust

Zamiq Atakişiyevdən ikinci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev növbəti döyüşünü keçirib.
Boks 01 avqust

Zamiq Atakişiyevdən debütündə erkən qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə debüt edib.
Boks 30 iyul

Qəbələnin boksçusu Riqada rinqə çıxacaq

“Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə ilk döyüşünü keçirəcək
Boks 28 iyun

Boks yığmamız ABŞ-a bu heyətlə gedir

Olimpiadaya tarixində ilk dəfə maksimum heyətlə qatılacaq kişilərdən ibarət boks yığmamız sonuncu təlim-məşq toplanışını ölkə xaricində keçəcək.
Boks 25 iyun

Rüfətlə Teymur çempion oldu, Kamran Rioya lisenziya qazandı

Bakıda Olimpiadaya lisenziya verən boks üzrə beynəlxalq turnirə yekun vurulub.
Boks 01 iyun

Üç boksçumuz üçün Rioya lisenziya qazanmaq şansı

İyunun 16-dan 25-dək Bakıda boks üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək.
Boks 24 may

Azərbaycan boks üzrə dünya çempionatını medalsız başa vurdu

Qazaxıstanın paytaxtı Astana şəhərində boks üzrə qadınların dünya çempionatı keçirilir.