23 sentyabr 2011 00:42
“Ən böyük arzumu Bakıda reallaşdırmaq istəyirəm”
Boks üzrə milli komandamızın kapitanı Rəhim Nəcəfov (56 kq) Bakı keçiriləcək dünya çempionatında London olimpiadasına lisenziya qazanmağa çalışacağını deyib. Azerisport.az xəbər verir ki, Avropa Çempionatında ilk döyüşdə bolqarıstanlı Detelin Dalakliyevə uduzan həmyerlimiz bu dəfə şansını boşa verməyəcəyini söyləyib:
“Yarışa yüksək səviyyədə hazırlıq keçmişik. Azərbaycan Boks Federasiyasının prezidenti Kəmaləddin Heydərova təşəkkür edirəm ki, bizə belə şərait yaradılıb. Avropa Çempionatındakı səhvləri Bakıda təkrarlamaq istəmirəm. Turnir doğma şəhərdə keçirildiyindən bizə böyük dəstək olacaq. Ən böyük arzularımdan birini – Olimpiadaya vəsiqəni Bakıda qazanmağa çalışacam”.
