21 sentyabr 2011 15:43

Ermənistan və Rusiya yığmaları Bakıda xüsusi bazada qorunacaq

Boks üzrə Rusiya və Ermənistan milli komandaları Bakıda keçiriləcək dünya çempionatı müddətində digər komandalardan aralıda – şəhər kənarındakı xüsusi qorunan idman bazasında qalacaqlar. Azerisport.az xəbər verir ki, bu sözləri Rusiya Boks Federasiyasının icraçı direktoru Yevgeni Sudakov “Ves Sport” agentliyinə açıqlamasında deyib.
 
O, bildirib ki, Azərbaycan Boks Federasiyası (ABF) rəhbərliyi ilə əldə olunan müvafiq razılaşma məlum səbəblərdən irəli gəlir: “Bu, siyasi xarakterli qərardı. Bizim komandanın heyətində 2 erməni soyadlı boksçu – David Ayrapetyan və Mişa Aloyan var. Hərçənd, ermənilər və azərbaycanlılar arasındakı açıq etnosiyasi münaqişə artıq geridə qalıb, amma hər halda biz sığortalanmağı qərara aldıq”.
 
Qeyd edək ki, Həm Ermənistan, həm də Rusiya yığmaları Azərbaycan paytaxtına sentyabrın 23-də gələcəklər. 2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziya xarakterli dünya çempionatı sentyabrın 26-da start götürəcək. Yarış oktyabrın 8-dək davam edəcək.

Похожие новости

Boks 02 oktyabr

Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm

Azərbaycan boks yığmasının üzvü, Polşada keçirilən III Avropa Oyunlarında bürünc medal qazanaraq, Paris-2024-ə lisenziya əldə edən Murad Allahverdiyev Azerisport.com-a müsahibə verib.
Boks 01 noyabr

Azərbaycan yığmasının baş məşqçisi istefaya göndərildi

Boks üzrə Azərbaycan yığmasının baş məşqçisi Pedro Roke istefaya göndərilib.
Boks 27 avqust

Zamiq Atakişiyevdən ikinci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev növbəti döyüşünü keçirib.
Boks 01 avqust

Zamiq Atakişiyevdən debütündə erkən qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə debüt edib.
Boks 30 iyul

Qəbələnin boksçusu Riqada rinqə çıxacaq

“Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə ilk döyüşünü keçirəcək
Boks 28 iyun

Boks yığmamız ABŞ-a bu heyətlə gedir

Olimpiadaya tarixində ilk dəfə maksimum heyətlə qatılacaq kişilərdən ibarət boks yığmamız sonuncu təlim-məşq toplanışını ölkə xaricində keçəcək.
Boks 25 iyun

Rüfətlə Teymur çempion oldu, Kamran Rioya lisenziya qazandı

Bakıda Olimpiadaya lisenziya verən boks üzrə beynəlxalq turnirə yekun vurulub.
Boks 01 iyun

Üç boksçumuz üçün Rioya lisenziya qazanmaq şansı

İyunun 16-dan 25-dək Bakıda boks üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək.
Boks 24 may

Azərbaycan boks üzrə dünya çempionatını medalsız başa vurdu

Qazaxıstanın paytaxtı Astana şəhərində boks üzrə qadınların dünya çempionatı keçirilir.