21 sentyabr 2011 13:52

Azərbaycan DÇ üçün heyətini açıqladı

Sentyabrın 26-da Bakıda kişi boksçular arasında start götürəcək 2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziya xarakterli dünya çempionatı üçün Azərbaycan milli komandasının heyəti açıqlanıb. Azerisport.az xəbər verir ki, ölkəmiz 10 mümkün çəki dərəcəsinin 9-da təmsil olunacaq.
 
Oktyabrın 8-dək davam edəcək çempionatda 2 Avropa çempionumuz – Salman Əlizadə (49 kq) və Teymur Məmmədov (91 kq), qitə çempionatının gümüş mükafatçısı Elvin Məmişzadə (52 kq), bürünc mükafatçı Heybətulla Hacıəliyev (64 kq), eləcə də Rəhim Nəcəfov (56 kq), Elvin İsayev (60 kq), Emil Əhmədov (69 kq), Ramil Əliyev (81 kq) və Məhəmmədrəsul Məcidov (+91 kq) mübarizə aparacaq.
 
Daha bir boksçumuz - Soltan Migitinov (75 kq) WSB (Ümumdünya Boks Seriyası) Liqasından olimpiadaya vəsiqəni təmin edib. Bu üzdən də sözügedən çəki dərəcəsində təmsilçimiz olmayacaq.
 
Sonda onu da qeyd edək ki, yığmamız dünya çempionatı öncəsi Rusiyanın Çexov şəhərində təlim-məşq toplanışında olub. Abdullayev Rusiya millisi ilə birgə hazırlıq prosesindən razı qaldıqlarını bildirib. Onun fikrincə, bütün boksçularımız London olimpiadasına lisenziya qazanmağa qadirdirlər.
 
Qeyd edək ki, dünya çempionatında 10 çəki dərəcəsindən ilk 8-də (49 kq, 52 kq, 56 kq, 60 kq, 64 kq, 69 kq, 75 kq, 81 kq) 1 – 10-cu yerləri, ağır çəkilərdə (91 kq və +91 kq) isə 1 – 6-cı yerləri tutanlar 2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziya qazanacaqlar.

Похожие новости

Boks 02 oktyabr

Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm

Azərbaycan boks yığmasının üzvü, Polşada keçirilən III Avropa Oyunlarında bürünc medal qazanaraq, Paris-2024-ə lisenziya əldə edən Murad Allahverdiyev Azerisport.com-a müsahibə verib.
Boks 01 noyabr

Azərbaycan yığmasının baş məşqçisi istefaya göndərildi

Boks üzrə Azərbaycan yığmasının baş məşqçisi Pedro Roke istefaya göndərilib.
Boks 27 avqust

Zamiq Atakişiyevdən ikinci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev növbəti döyüşünü keçirib.
Boks 01 avqust

Zamiq Atakişiyevdən debütündə erkən qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə debüt edib.
Boks 30 iyul

Qəbələnin boksçusu Riqada rinqə çıxacaq

“Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə ilk döyüşünü keçirəcək
Boks 28 iyun

Boks yığmamız ABŞ-a bu heyətlə gedir

Olimpiadaya tarixində ilk dəfə maksimum heyətlə qatılacaq kişilərdən ibarət boks yığmamız sonuncu təlim-məşq toplanışını ölkə xaricində keçəcək.
Boks 25 iyun

Rüfətlə Teymur çempion oldu, Kamran Rioya lisenziya qazandı

Bakıda Olimpiadaya lisenziya verən boks üzrə beynəlxalq turnirə yekun vurulub.
Boks 01 iyun

Üç boksçumuz üçün Rioya lisenziya qazanmaq şansı

İyunun 16-dan 25-dək Bakıda boks üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək.
Boks 24 may

Azərbaycan boks üzrə dünya çempionatını medalsız başa vurdu

Qazaxıstanın paytaxtı Astana şəhərində boks üzrə qadınların dünya çempionatı keçirilir.