20 sentyabr 2011 13:47

Rusiya yığması Ayrapetyanı Bakıya gətirir

Boks üzrə Rusiya milli komandası Bakıda keçiriləcək dünya çempionatı üçün heyəti açıqlayıb. Azerisport.az xəbər verir ki, yarışın əsas favoritlərindən olan şimal qonşumuz Azərbaycan paytaxtına ən güclü boksçularını gətirir.
 
Məşqçilər korpusu son Rusiya çempionatında fərqlənmiş idmançılara üstünlük veriblər. Bu ilin iyununda Ankarada keçirilmiş Avropa çempionatında Maksim Koptyakov (75 kq) və Məhəmməd Ömərov (91+kq) qızıl medala layiq görülsələr də, Bakıda onları müvafiq olaraq, Artyom Çebotaryov və Sergey Kuzmin əvəzləyəcək.  Nikolay Xromovun komandasında həm dünya, həm də  Avropa çempionu tituluna sahib olmuş 3 boksçu var. Bunlar Albert Səlimov, Yeqor Mexontsev (81 kq) və Artur Beterbiyevdi. Yeri gəlmişkən vurğulayaq ki, rusların heyətində erməni David Ayrapetyan və Mişa Aloyan da Bakıya gəlir.
 
Qeyd edək ki, Rusiya komandası sentyabrın 23-ü səhər saatlarında Bakıda olacaq.
 
Rusiya milli komandasının heyəti:
 
49 kq: David Ayrapetyan (Avropa Çempionu (2006), dünya çempionatının gümüş mükafatçısı (2009)
52 kq: Mişa Aloyan (Dünya çempionatının bürünc mükafatçısı (2009), Avropa çempionu (2010)
56 kq: Sergey Vodopyanov (Dünya çempionu (2007), dünya çempionatının gümüş mükafatçısı, 2009)
60 kq: Albert Səlimov (Dünya çempionu (2007), Avropa çempionu (2010)
64 kq: Aleksandr Solyanikov (Avropa çempionatının bürünc mükafatçısı 2010)
69 kq: Andrey Zamkovoy (dünya çempionatının gümüş mükafatçısı 2009)
75 kq: Artyom Çebotaryov (Avropa çempionu 2010)
81 kq: Yeqor Mexontsev (Dünya çempionu ( 2009), Avropa çempionu (2010)
91 kq: Artur Beterbiyev (Dünya çempionu (2009), Avropa çempionu (2010)
91+kq: Sergey Kuzmin (Avropa çempionu 2010)

Похожие новости

Boks 02 oktyabr

Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm

Azərbaycan boks yığmasının üzvü, Polşada keçirilən III Avropa Oyunlarında bürünc medal qazanaraq, Paris-2024-ə lisenziya əldə edən Murad Allahverdiyev Azerisport.com-a müsahibə verib.
Boks 01 noyabr

Azərbaycan yığmasının baş məşqçisi istefaya göndərildi

Boks üzrə Azərbaycan yığmasının baş məşqçisi Pedro Roke istefaya göndərilib.
Boks 27 avqust

Zamiq Atakişiyevdən ikinci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev növbəti döyüşünü keçirib.
Boks 01 avqust

Zamiq Atakişiyevdən debütündə erkən qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə debüt edib.
Boks 30 iyul

Qəbələnin boksçusu Riqada rinqə çıxacaq

“Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə ilk döyüşünü keçirəcək
Boks 28 iyun

Boks yığmamız ABŞ-a bu heyətlə gedir

Olimpiadaya tarixində ilk dəfə maksimum heyətlə qatılacaq kişilərdən ibarət boks yığmamız sonuncu təlim-məşq toplanışını ölkə xaricində keçəcək.
Boks 25 iyun

Rüfətlə Teymur çempion oldu, Kamran Rioya lisenziya qazandı

Bakıda Olimpiadaya lisenziya verən boks üzrə beynəlxalq turnirə yekun vurulub.
Boks 01 iyun

Üç boksçumuz üçün Rioya lisenziya qazanmaq şansı

İyunun 16-dan 25-dək Bakıda boks üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək.
Boks 24 may

Azərbaycan boks üzrə dünya çempionatını medalsız başa vurdu

Qazaxıstanın paytaxtı Astana şəhərində boks üzrə qadınların dünya çempionatı keçirilir.