17 sentyabr 2011 12:47
Ermənistan yığması Bakıya gəlir
Sentyabrın 26-da Bakıda start götürəcək boks üzrə 2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziya xarakterli dünya çempionatına Ermənistan milli komandası da gələcək. Azerisport.az xəbər verir ki, 15 nəfərlik Ermənistan nümayəndə heyəti paytaxtımızda sentyabrın 23-də olacaq.
Onlardan 10-u idmançı, 5-i isə məşqçi və digər şəxslərdi. Hələlik düşmən ölkə təmsilçilərinin hansı oteldə qalacaqları müəyyənləşməyib. Ümumiyyətlə, bunun sona kimi gizli saxlanılacağı bildirilir ki, bu da təhlükəsizliklə bağlıdı.
Qeyd edək ki, dünya çempionatı oktyabrın 8-dək davam edəcək.
