15 sentyabr 2011 17:38

AİBA yığmamızın liderlərinin adını açıqladı

AİBA-nın rəsmi saytında boks üzrə Azərbaycan milli komandası haqda yazı dərc olunub. Azerisport.az xəbər verir ki, dünya çempionatında 9 idmançı ilə mübarizə aparacaq yığmamızın liderləri qismində Salman Əlizadə (49 kq) və Teymur Məmmədov (91 kq) göstərilib:
 
“1993-cü ildə anadan olan hər iki boksçu çox gənc olsalar da, artıq böyüklər arasında Avropa çempionudurlar. 2010-cu ildə gənclər arasında dünya birinciliyinin qalibi olan Əlizadə Ankarada Avropa çempionatlarının ən gənc qızıl medalçısı kimi adını tarixə yazdırdı. Türkiyədə fəxri kürsünün ən yüksək pilləsinə qalxan hər iki idmançı Bakıda da uğurlarını davam etdirməyə çalışacaqlar”. Daha sonra komandamızın gənc olmasına baxmayaraq, güclü olduğunu vurğulayan sayt boksçularımızın Rusiya ilə birgə Çexov şəhərində təlim-məşq toplanışında olduğunu da xatırladıb: “Azərbaycanın 52 kq çəki dərəcəsi ilə də bağlı böyük ümidləri var. 2010-cu ildə böyüklər arasında Avropa çempionatınn gümüş mükafatçısı, gənclər arasında qitə birinciliyinin qalibi, 20 yaşlı Elvin Məmişzadə (52 kq) çəkisini artırsa da, o, doğma divarlar arasında azarkeşləri sevindirməyə çalışacaq.
 
WSB liqasında “Baku Fires” klubunun heyətində yer almış Rəhim Nəcəfov (56 kq) 2005-ci ildən milli komandaya cəlb olunur. Onun  23 yaşı olmasına baxmayaraq, beynəlxalq arenada yetərincə təcrübəsi var.
 
Yeniyetmələrin Olimpiya oyunlarının gümüş mükafatçısı və gənclər arasında dünya birinciliyinin bürünc medalçısı Elvin İsayev (60 kq) yeni çəki dərəcəsinə keçsə də, onun buna uyğunlaşması i üçün kifayət qədər vaxtı olub.  Strandja turnirində kubalı PanAmerika oyunlarının qalibi Toledo Yasnieri məğlub edən İsayev Azərbaycanın gizli silahı ola bilər.
 
20 yaşlı Heybətulla Hacəliyev (64 kq) 2009-cu ildə gənclər arasında Avropa birinciliyinin bürünc mükafatçısı olduqdan sonra bu il Ankarada böyüklər arasında eyni uğuru təkrarladı. Hacəliyev Bakıda da mükafatçılar sırasına düşmək üçün mübarizə aparacaq.
 
Emil Əhmədov (69 kq) gənclər arasında qitə birinciliyinin bürünc və “Böyük İpək Yolu” turnirinin gümüş mükafatçısıdır. Amma  yəqin ki, o,  dünya çempionatında  təsrübəsini artırmaq haqda düşünəcək.
 
81 kq çəkidə mübarizə aparan Ramil Əliyev bir neçə ay bundan öncə “Böyük İpək Yolu” turnirində Rusiya boksunun super ulduzu Yeqor Mexontsev üzərində inanılmaz qələbə qazanmışdı. O, da Bakıda böyük ümidlərlə mübarizə aparacaq.
 
Nəhayət, WSB liqasının fərdi yarışlarında 2-ci olmuş Məhəmmədrəsul Məcidov (91+kq)  ilk dəfə dünya çempionatında iştirak etmək imkanı qazanacaq”.
 
Qeyd edək ki, AİBA bu yazını hazırlayarkən, ilkin heyəti əsas götürüb. Dünya çempionatına kimi milli komandamızın heyətində hər hansı dəyişikliyin olması istisna edilmir. 

Похожие новости

Boks 02 oktyabr

Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm

Azərbaycan boks yığmasının üzvü, Polşada keçirilən III Avropa Oyunlarında bürünc medal qazanaraq, Paris-2024-ə lisenziya əldə edən Murad Allahverdiyev Azerisport.com-a müsahibə verib.
Boks 01 noyabr

Azərbaycan yığmasının baş məşqçisi istefaya göndərildi

Boks üzrə Azərbaycan yığmasının baş məşqçisi Pedro Roke istefaya göndərilib.
Boks 27 avqust

Zamiq Atakişiyevdən ikinci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev növbəti döyüşünü keçirib.
Boks 01 avqust

Zamiq Atakişiyevdən debütündə erkən qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə debüt edib.
Boks 30 iyul

Qəbələnin boksçusu Riqada rinqə çıxacaq

“Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə ilk döyüşünü keçirəcək
Boks 28 iyun

Boks yığmamız ABŞ-a bu heyətlə gedir

Olimpiadaya tarixində ilk dəfə maksimum heyətlə qatılacaq kişilərdən ibarət boks yığmamız sonuncu təlim-məşq toplanışını ölkə xaricində keçəcək.
Boks 25 iyun

Rüfətlə Teymur çempion oldu, Kamran Rioya lisenziya qazandı

Bakıda Olimpiadaya lisenziya verən boks üzrə beynəlxalq turnirə yekun vurulub.
Boks 01 iyun

Üç boksçumuz üçün Rioya lisenziya qazanmaq şansı

İyunun 16-dan 25-dək Bakıda boks üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək.
Boks 24 may

Azərbaycan boks üzrə dünya çempionatını medalsız başa vurdu

Qazaxıstanın paytaxtı Astana şəhərində boks üzrə qadınların dünya çempionatı keçirilir.