14 sentyabr 2011 01:22

Türkiyə yığması Azərbaycana gəldi

Bakıda keçiriləcək dünya çempionatında iştirak edəcək boks üzrə Türkiyə milli komandası artıq ölkəmizdədi. Azerisport.az xəbər verir ki, hazırlığın ilkin mərhələsinə 35 boksçu ilə başlayan qardaş ölkənin komandasının heyəti 3 toplanışdan sonra müəyyənləşib.
 
Azərbaycan Boks Federasiyasından bildiriblər ki, Türkiyə yığmasının kubalı baş məşqçisi Doqdoerto Rojas Skott yarışdan 15 gün əvvəl Bakıya gəlmələrini yerli ab-havaya uyğunlaşmaq və burada olan digər komandalarla toplanış keçmək məqsədi daşıdığını söyləyib: “Azərbaycana digər ölkələrin boksçuları da gələcək. Onlarla birgə məşq edib rəqiblərimizi daha yaxından tanımaq imkanı əldə edəcəyik”.
 
Türkiyə Boks Federasiyasının prezidenti Eyüb Gözgəc dünya çempionatında Olimpiya oyunlarına 7 lisenziya qazanmaq niyyətində olduqlarını bildirib.
 
Türkiyə milli komandasının heyətində Fərhad Pəhləvan (49 kq), Səlcuk Eker (52 kq), Furkan Ulaş Memiş (56 kq), Fatih Keleş (60 kq), Onur Şipal (64 kq), Önder Şipal (69 kq), Adem Kılıççı (75 kq), Caner Sayak (81 kq), Bəhram Müzəffər (91 kq) və Denizcan Gökkaya (91 kq-dan yuxarı) yer alıblar.

Похожие новости

Boks 02 oktyabr

Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm

Azərbaycan boks yığmasının üzvü, Polşada keçirilən III Avropa Oyunlarında bürünc medal qazanaraq, Paris-2024-ə lisenziya əldə edən Murad Allahverdiyev Azerisport.com-a müsahibə verib.
Boks 01 noyabr

Azərbaycan yığmasının baş məşqçisi istefaya göndərildi

Boks üzrə Azərbaycan yığmasının baş məşqçisi Pedro Roke istefaya göndərilib.
Boks 27 avqust

Zamiq Atakişiyevdən ikinci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev növbəti döyüşünü keçirib.
Boks 01 avqust

Zamiq Atakişiyevdən debütündə erkən qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə debüt edib.
Boks 30 iyul

Qəbələnin boksçusu Riqada rinqə çıxacaq

“Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə ilk döyüşünü keçirəcək
Boks 28 iyun

Boks yığmamız ABŞ-a bu heyətlə gedir

Olimpiadaya tarixində ilk dəfə maksimum heyətlə qatılacaq kişilərdən ibarət boks yığmamız sonuncu təlim-məşq toplanışını ölkə xaricində keçəcək.
Boks 25 iyun

Rüfətlə Teymur çempion oldu, Kamran Rioya lisenziya qazandı

Bakıda Olimpiadaya lisenziya verən boks üzrə beynəlxalq turnirə yekun vurulub.
Boks 01 iyun

Üç boksçumuz üçün Rioya lisenziya qazanmaq şansı

İyunun 16-dan 25-dək Bakıda boks üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək.
Boks 24 may

Azərbaycan boks üzrə dünya çempionatını medalsız başa vurdu

Qazaxıstanın paytaxtı Astana şəhərində boks üzrə qadınların dünya çempionatı keçirilir.