6 sentyabr 2011 18:01

Dörd boksçumuz üçün Ukrayna sınağı

Bu gün - sentyabrın 6-da Ukraynanın Nikolayev şəhərində boks üzrə qadınlar arasında beynəlxalq turnir start götürüb. Azerisport.az xəbər verir ki, yarışda 22 ölkənin nümayəndələri mübarizə aparacaq.
 
“Nikolaev City Cup 2011” turnirinə qadın boksunda ciddi uğurları olan Rusiya, İsveç, Çin, Kanada, Fransa, Bolqarıstan və sair ölkələrin təmsilçiləri iştirak edir. Azərbaycan milli komandası baş məşqçi Aleksandr Denisovun rəhbərliyi altında turnirdə 4 boksçu ilə təmsil olunacaq. Bunlar Patimat Urusova (51 kq), Əzizə Abbasova (54 kq), Ayzanat Hacıyeva (61 kq) və Yelena Vıstropovadı (69 kq).
 
Bundan öncəki yarışlarda 75 kq çəki dərəcəsində çıxış etmiş Vıstropova bu dəfə fərqli çəkidə yarışacaq. Ancaq onun qarşıdakı yarışlarda yenidən 75 kq çəki dərəcəsində çıxış etməsi gözlənilir. “Nadejda” İdman-Kompleksində keçiriləcək yarışı kiçik dünya çempionatı da adlandırırlar. Sentyabrın 6 və 7-də ilkin mərhələnin döyüşləri, sentyabrın 8-də yarımfinal, 10-da isə final döyüşləri təşkil olunacaq.
 
Qeyd edək ki, 2012-ci il London Olimpiadasının proqramına ilk dəfə olaraq qadın boksu da daxil edilib. Qadın boksu yarışları Olimpiya oyunlarında 3 çəki dərəcəsində - 51, 60 və 75 kq-da keçiriləcək. 

Похожие новости

Boks 02 oktyabr

Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm

Azərbaycan boks yığmasının üzvü, Polşada keçirilən III Avropa Oyunlarında bürünc medal qazanaraq, Paris-2024-ə lisenziya əldə edən Murad Allahverdiyev Azerisport.com-a müsahibə verib.
Boks 01 noyabr

Azərbaycan yığmasının baş məşqçisi istefaya göndərildi

Boks üzrə Azərbaycan yığmasının baş məşqçisi Pedro Roke istefaya göndərilib.
Boks 27 avqust

Zamiq Atakişiyevdən ikinci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev növbəti döyüşünü keçirib.
Boks 01 avqust

Zamiq Atakişiyevdən debütündə erkən qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə debüt edib.
Boks 30 iyul

Qəbələnin boksçusu Riqada rinqə çıxacaq

“Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə ilk döyüşünü keçirəcək
Boks 28 iyun

Boks yığmamız ABŞ-a bu heyətlə gedir

Olimpiadaya tarixində ilk dəfə maksimum heyətlə qatılacaq kişilərdən ibarət boks yığmamız sonuncu təlim-məşq toplanışını ölkə xaricində keçəcək.
Boks 25 iyun

Rüfətlə Teymur çempion oldu, Kamran Rioya lisenziya qazandı

Bakıda Olimpiadaya lisenziya verən boks üzrə beynəlxalq turnirə yekun vurulub.
Boks 01 iyun

Üç boksçumuz üçün Rioya lisenziya qazanmaq şansı

İyunun 16-dan 25-dək Bakıda boks üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək.
Boks 24 may

Azərbaycan boks üzrə dünya çempionatını medalsız başa vurdu

Qazaxıstanın paytaxtı Astana şəhərində boks üzrə qadınların dünya çempionatı keçirilir.