31 avqust 2011 01:12
126 ölkənin yığması Bakıya gəlir
Sentyabrın 26-da Bakıda start götürəcək boks üzrə dünya çempionatında 126 ölkənin 716 idmançısının iştirak edəcəyi artrıq rəsmiləşib. Azerisport.az xəbər verir ki, bundan başqa, AİBA 6 ölkədən – Banqladeş, Benin, Kamboca, Yamayka, Nauru və Svazilenddən cavab gözləyir.
Əgər bu ölkələr Beynəlxalq Boks Federasiyasına müsbət cavab versə, lisenziya xarakterli dünya çempionatında 132 ölkənin 728 idmançısı mübarizə aparacaq. Xatırladaq ki, oktyabrın 8-də yekun vurulacaq dünya çempionatından sonra London Olimpiadasına vəsiqə qazanacaq əksər boksçuların adları məlum olacaq.
