28 avqust 2011 11:53
İki həmyerlimiz Avropa çempionu oldu
İrlandiyanın paytaxtı Dublində keçirilən gənclər arasında Avropa birinciliyi başa çatıb. Azerisport.az xəbər verir ki, Azərbaycan idmançılarından ikisi yarışı qızıl medalla başa vurub.
60 kq çəkidə mübarizə aparan Pərviz Bağırov həlledici döyüşdə Litva təmsilçisi Edqaras Skurdelislə qarşılaşıb. Rəqibinə 11:8 hesqabı ilə qalib gələn boksçumuz Avropa çempionu adını qazanıb.
Bağırovla yanaşı, daha bir idmançımız qitə birinciliyini qızıl medalla başa vurub. Belə ki, 75 kq çəki dərəcəsində döyüşən Rauf Rəhimov finalda rusiyalı 17:11 məğlub edib.
Finaldakı üçüncü təmsilçimiz Heydər Heydərov (+91 kq) Qasan Gimbatovla (Rusiya) döyüşdə vaxtından əvvəl təslim olub.
Yarımfinalda uduzan Coşğun Əliyevin (64 kq) bürünc qazandığını isə xəbər vermişdik.
Beləliklə Azərbaycan Avropa birinciliyini 2 qızıl, 1 gümüş və 1 bürünc medalla başa vurub.
