25 avqust 2011 11:31

Azərbaycan – Ermənistan – 3:0

İrlandiyanın paytaxtı Dublində  keçirilən boks üzrə gənclər arasında Avropa birinciliyində 1/4 finalçıların adları məlum olub. Azerisport.az xəbər verir ki, 1/4 finala vəsiqə qazananlar arasında illi komandamızın 6 üzvü də var.
 
Bunlar Tural Əhmədov (52 kq), Pərviz Bağırov (60 kq), Coşğun Əliyev (64kq), Fəqan Hüseynov (69 kq), Rauf Rəhimov (75 kq) və Heydər Heydərovdu (91+kq).
 
1/8 finalda rinqə çıxan boksçularımızdan 3-ü erməni rəqiblərlə üz-üzə gəlib. Hər 3 görüş həmyerlilərimizin parlaq qələbəsi ilə başa çatıb. Əvvəlcə Tural Əhmədov Artur Nersisyanı rinqi məğlub tərk etməyə məcbur edib. Pərviz  Bağırovun da qələbəsi yadda qalan olub. Həmyerlimiz Ukraynanı təmsil edən erməni əsilli boksçu Miger Ohanesyanı 2-ci raundda nokauta salıb. 69 kq çəki dərəcəsində yarışan Fəqan Hüseynov da erməni rəqibini rinqə çıxmağa peşman edib. Milli komandamızın üzvü Arayik Harutunyanı 14:8 hesabı ilə məğlub edib.
 
Gənclər arasında son qitə birinciliyinin gümüş mükafatçısı Rauf Rəhimov 1/8 finalda Türkiyə boksçusu Burhan Akçayla qarşılaşıb. 13:9 hesabı ilə qələbə qazanan həmyerlimiz növbəti mərhələyə yüksəlib. Coşğun Əliyev də komanda yoldaşının uğurunu davam etdirib. 64 kq çəki dərəcəsindəki təmsilçimiz Belarus idmançısı Mikita Şabelnik üzərində 20:9 hesabı ilə qələbə qazanıb. Avqustun 25-də 1/4 final mərhələsinin görüşləri keçiriləcək. Yarışa avqustun 27-də yekun vurulacaq.

Похожие новости

Boks 02 oktyabr

Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm

Azərbaycan boks yığmasının üzvü, Polşada keçirilən III Avropa Oyunlarında bürünc medal qazanaraq, Paris-2024-ə lisenziya əldə edən Murad Allahverdiyev Azerisport.com-a müsahibə verib.
Boks 01 noyabr

Azərbaycan yığmasının baş məşqçisi istefaya göndərildi

Boks üzrə Azərbaycan yığmasının baş məşqçisi Pedro Roke istefaya göndərilib.
Boks 27 avqust

Zamiq Atakişiyevdən ikinci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev növbəti döyüşünü keçirib.
Boks 01 avqust

Zamiq Atakişiyevdən debütündə erkən qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə debüt edib.
Boks 30 iyul

Qəbələnin boksçusu Riqada rinqə çıxacaq

“Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə ilk döyüşünü keçirəcək
Boks 28 iyun

Boks yığmamız ABŞ-a bu heyətlə gedir

Olimpiadaya tarixində ilk dəfə maksimum heyətlə qatılacaq kişilərdən ibarət boks yığmamız sonuncu təlim-məşq toplanışını ölkə xaricində keçəcək.
Boks 25 iyun

Rüfətlə Teymur çempion oldu, Kamran Rioya lisenziya qazandı

Bakıda Olimpiadaya lisenziya verən boks üzrə beynəlxalq turnirə yekun vurulub.
Boks 01 iyun

Üç boksçumuz üçün Rioya lisenziya qazanmaq şansı

İyunun 16-dan 25-dək Bakıda boks üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək.
Boks 24 may

Azərbaycan boks üzrə dünya çempionatını medalsız başa vurdu

Qazaxıstanın paytaxtı Astana şəhərində boks üzrə qadınların dünya çempionatı keçirilir.