11 avqust 2011 16:01
Azərbaycan Dublinə güclü heyətlə yollanır
Avqustun 22-də İrlandiyanın paytaxtı Dublində boks üzrə gənclər arasında Avropa çempionatı start götürəcək. Azerisport.az xəbər verir ki, yarışda Azərbaycan milli komandası tam heyətlə mübarizə aparacaq.
Yığmamızın baş məşqçisi Şamil Alimcanov Kamran Məlikov (49 kq), Tural Əhmədov (52 kq), Şaban Şahpələngov (56 kq), Pərviz Bağırov (60 kq), Coşqun Əliyev (64 kq), Fəqan Hüseynov (69 kq), Rauf Rəhimov (75 kq), Hüseyn Qasımov (81 kq), Hacıbaba Hacıbabayev (91 kq) və Heydər Heydərova (+91 kq) şans verib.
6 gün davam edəcək yarışda 38 ölkənin iştirakı gözlənilir. Komandamız Dublinə avqustun 20-də yollanacaq.
