6 avqust 2011 13:37

Əli İsmayılov peşəkar karyerasını başa vurur

Azərbaycanın peşəkar boksçusu Əli İsmayılov rusiyalı promouteri Aleksandr Yakubovla əməkdaşlığı dayandırmağı qərara alıb. Azerisport.az xəbər verir ki, bu haqda 37 yaşlı idmançımızın özü məlumat verib.
 
İsmayılovun sözlərinə görə, son zamanlar Yakubovla aralarında soyuqluq yaranıb. Münasibətlərdəki gərginlik 2009-cu ilin dekabrında rusiyalı Denis Lebedevlə “WBO Intercontinental” kəməri uğrunda keçirilmiş döyüşdən sonra başlayıb. Həmin görüşün ilk raundlarında boksçumuz üstün döyüş sərgiləsə də, 6-cı raundda qaşının partlaması üzündən texniki nokautla uduzub. Sonradan idmançımız revanş döyüşünün təşkilini istəyib. Lakin Yakubov buna maraq göstərməyib. İsmayılovun fikrincə, bu, Lebedevlə promouterin həmyerli olması üzündən də ola bilər.
 
Digər tərəfdən, Yakubov sonrakı döyüşlər öncəsi boksçumuz üçün sınaqçı-rəqib tapmağa və təlim-məşq toplantılarının təşkilinə kömək etməyib. İsmayılov çıxış yolunu Azərbaycan milli komandasının üzvləri ilə birgə hazırlıqda görüb. Lakin bu, yığmamızın ayrıca hazırlıq planının olması üzündən heç də hər zaman effekt verməyib. Peşəkar boksçumuzun fikrincə, son döyüşlərdə nokautla məğlubiyyəti də lazımi səviyyədə toplanış keçə bilməməsi üzündəndir.
 
Bütün bunlardan sonra İsmayılov Yakubovla dekabrda başa çatacaq müqaviləsini vaxtından əvvəl pozmaq fikrinə düşüb. O, yekun qərarını sentyabrda rusiyalı promouterlə danışıqlardan sonra verəcək: “Hələlik dincəlirəm. Sentyabrın ortalarında Yakubovla əlaqə saxlayacağam. Planları məni qane etməsə, onunla vidalaşacağam. Artıq indidən deyə bilərəm ki, əməkdaşlığı pozma ehtimalım çox yüksəkdir”.
 
Artıq “Bürünc Əli” üçün iki iş variantı yaranıb. Ona ukraynalı promouterlərin birindən boksçu kimi karyerasını davam etdirmək və Ümumdünya Boks Seriyasında yarışan Azərbaycanın “Baku Fires” klubundan məşqçilik təklifləri gəlib: “Mən “Baku Fires”in təklifinə sentyabrda konkret cavab verəcəyimi dedim. Bu da Yakubovla əməkdaşlığımı dayandırmağımdan sonra baş tutacaq. “Baku Fires”də məşqçi kimi fəaliyyətə başlayası olsam, peşəkar boksçu karyeramı başa vuracağam. Əks halda, ukraynalı promouterlə danışıqlara başlayacağam”. (Lent.az)

Похожие новости

Boks 02 oktyabr

Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm

Azərbaycan boks yığmasının üzvü, Polşada keçirilən III Avropa Oyunlarında bürünc medal qazanaraq, Paris-2024-ə lisenziya əldə edən Murad Allahverdiyev Azerisport.com-a müsahibə verib.
Boks 01 noyabr

Azərbaycan yığmasının baş məşqçisi istefaya göndərildi

Boks üzrə Azərbaycan yığmasının baş məşqçisi Pedro Roke istefaya göndərilib.
Boks 27 avqust

Zamiq Atakişiyevdən ikinci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev növbəti döyüşünü keçirib.
Boks 01 avqust

Zamiq Atakişiyevdən debütündə erkən qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə debüt edib.
Boks 30 iyul

Qəbələnin boksçusu Riqada rinqə çıxacaq

“Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə ilk döyüşünü keçirəcək
Boks 28 iyun

Boks yığmamız ABŞ-a bu heyətlə gedir

Olimpiadaya tarixində ilk dəfə maksimum heyətlə qatılacaq kişilərdən ibarət boks yığmamız sonuncu təlim-məşq toplanışını ölkə xaricində keçəcək.
Boks 25 iyun

Rüfətlə Teymur çempion oldu, Kamran Rioya lisenziya qazandı

Bakıda Olimpiadaya lisenziya verən boks üzrə beynəlxalq turnirə yekun vurulub.
Boks 01 iyun

Üç boksçumuz üçün Rioya lisenziya qazanmaq şansı

İyunun 16-dan 25-dək Bakıda boks üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək.
Boks 24 may

Azərbaycan boks üzrə dünya çempionatını medalsız başa vurdu

Qazaxıstanın paytaxtı Astana şəhərində boks üzrə qadınların dünya çempionatı keçirilir.