2 avqust 2011 14:19
Yığmamız DÇ-dən bir gümüş medalla qayıdır
Qazaxıstanın paytaxtı Astanada boks üzrə yeniyetmələr arasında dünya birinciliyinə yekun vurulub. Azerisport.az xəbər verir ki, yarışa 12 boksçu ilə yollanan milli komandamız 1 gümüş medala sahib olub.
70 kq çəki dərəcəsində mübarizə aparan Orxan Mayıllı yalnız final görüşündə Rusiya idmançısına uduzaraq, 2-ci yeri tutub.
Ümumkomanda hesabında Rusiya birinci, Özbəkistan ikinci, Avstraliya komandası isə 3-cü nəticə göstərib. 1 qızıl, 1 gümüş və 3 bürünc medala yiyələnən Qazaxıstan millisi 4-cü olub.
