26 iyul 2011 13:27
İkisi qalib, ikisi məğlub oldu
Qazaxıstanın paytaxtı Astanada boks üzrə yeniyetmələr arasında dünya birinciliyi davam edir. Azerisport.az xəbər verir ki, yarışın 3-cü günündə rinqə çıxan idmançılarımızdan ikisi qələbə qazanıb, ikisi isə məğlub olub.
52 kq çəki dərəcəsində mübarizə aparan Nəsrəddin Məmmədov ukraynalı Stanislav Qatskonu 17:7 hesabı ilə məğlub edərək, 14 finala yüksəlib.
İman Əhmədli (57 kq) komanda yoldaşının uğurunu davam etdirə bilməyib. Boksçumuz Cənubi Koreya təmsilçisi Honq İn Pyoya 8:13 hesabı ilə uduzub.
70 kq çəki dərəcəsində yarışan Orxan Mayıllı isə rinqi qalib tərk edib. Həmyerlimiz Belarus idmançısı Qleb Sinkeviçdən üstün olub – 13:8.
Günün sonunda rinqə çıxmış Rahil Məmmədli (80 kq) gərgin mübarizədə Rusiya nümayəndəsi Ruslan Yurçenkoya 1 xal fərqlə uduzub – 15:16.
Bu gün dünya birinciliyində daha 6 boksçumuz növbəti görüşlərini keçirəcəklər.
46 kq - Elnur Şəfizadə - Şaxtimurad Muradov (Türkmənistan)
50 kq – Malik Muradov – Camal Qasım (İraq)
54 kq – Peyman Yusifli – Beqzan Kibitkal (Qazaxıstan)
60 kq - Nurlan Nağıyev – Fraser Qorn (Şotlandiya)
75 kq – Nəbi Bağırov – Loran Batti (İsveç)
+80kq – Məhəmmədəli Tahirov – Rayan Foulds (Avstraliya)
