19 iyul 2011 15:36
Millimizin Qazaxıstana gedəcək heyəti açıqlandı
İyulun 23-də Qazaxıstanın paytaxtı Astanada yeniyetmələr arasında boks üzrə dünya birinciliyi start götürəcək. Azerisport.az xəbər verir ki, “Qazaxıstan” İdman Sarayında keçiriləcək yarışda 50-dən çox ölkənin 600-ə yaxın idmançısının iştirak etməsi gözlənilir.
Turnir 13 çəki dərəcəsi üzrə keçiriləcək. Azərbaycan isə dünya birinciliyində 12 çəki dərəcəsində təmsil olunacaq. Məşqçilər yalnız 66 kq çəki dərəcəsində Astanaya heç kimi aparmayıblar.
Baş məşqçi Rasim Məmmədovun rəhbərliyi altında yarışda Elnur Şəfizadə (46 kq), Məsud Yusifzadə (48 kq), Malik Muradov (50 kq), Nəsrəddin Məmmədov (52 kq), Peyman Yusifli (54 kq), İman Əhmədli (57 kq), Nurlan Nağıyev (60 kq), Fuad Mustafayev (63 kq), Orxan Mayıllı (70 kq), Nəbi Bağırov (75 kq), Rahil Məmmədli (80 kq) və Məhəmmədəli Tahirov (80+kq) mübarizə aparacaq.
Dünya birinciliyinin final döyüşləri iyulun 30-da keçiriləcək. İyulun 31-də və avqustun 1-də isə Astanadakı “Pekin” otelində AİBA İcraiyyə Komitəsinin toplantısı keçiriləcək. Toplantı başa çatdıqdan sonra WSB liqasının 2011-2012-ci illər mövsümünün püşkatma mərasimi olacaq.
