4 iyul 2011 14:14
Azərbaycan London olimpiadasına daha bir lisenziya qazandı
Azərbaycan 2012-ci ildə Londonda keçiriləcək olimpiadaya daha bir lisenziya qazanıb. Azerisport.az xəbər verir ki, buna “Baku Fires” klubunun peşəkar boksçusu Sultan Miqitinov nail olub.
73 kq çəki dərəcəsndə yarışan idmançımız World Series Boxing yarışında ikinci olub. O, Çində keçirilən həlledici döyüşdə ukraynalı Sergey Derevyançenkoya uduzub. Lakin Ukrayna Boks Federasiyası bu idmançını yay olimpiya oyunlarına göndərməkdən imtina edib. Çünki onlar bu yarışında 75 kq çəki dərəcəsində daha güclü boksçu ilə təmsil olunmaq istəyirlər. Bu üzdən də lisenziya fərdi yarışlarda 2-ci olmuş Migitinova verilib.
Qeyd edək ki, bu vəsiqə Azərbaycanın artıq London olimpiadasına dördüncü lisenziyasıdı. Bundan öncə çəkic atma idman növündə Dmitri Marşin, eləcə də taekvonduçarımız Fəridə Əzizova ilə Ramin Əzizov belə uğur qazanmışdı.
