29 iyun 2011 12:37

Millimizdən Avropa birinciliyinə uğurlu start

Macarıstanın Kestxey şəhərində yeniyetmələr arasında boks üzrə Avropa birinciliyi start götürüb. Azerisport.az xəbər verir ki, milli komandamız yarışda baş məşqçi Rasim Məmmədov və məşqçi Rauf Aydınovun rəhbərliyi altında 12 boksçu ilə təmsil olunur.
 
Yarışın ilk günündə mübarizəyə qoşulan həmyerlilərimizdən yalnız Natiq Kazımov (48 kq) uduzaraq, mübarizəni dayandırıb. Natiq Kazımov şotlandiyalı Reeke Makfadenə uduzaraq, mübarizədən kənarda qalıb - 11:18. Digər boksçularımız isə ilk döyüşlərini qələbə ilə başa vurublar.
 
Qeyd edək ki, Avropa birinciliyində Kazımovdan başqa, Araz Gülməmmədov (46 kq), Orxan Əliyev (50 kq), Nəsrəddin Məmmədov (52 kq), İman Əhmədli (54 kq), Nurlan Nağıyev (57 kq), Telman Qafarlı (60 kq), Əli Həsənov (63 kq), Nəbi Bağırov (66 kq), Orxan Mayıllı (70 kq), Rahil Məmmədli (80 kq) və Məhəmmədəli Tahirov (80+kq) mübarizə aparır.
 
İdmançılarımızdan Rahil Məmmədli ilk görüşdə Macarıstan nümayəndəsi Tamaş Varadini 10:2 hesabı ilə üstələyib. 46 kq çəki dərəcəsində mübarizə aparan Araz Gülməmmədov ilk görüşdə İsrail nümayəndəsi Elhaib Falahı 14:0 hesabı ilə məğlub edib. Həmyerlimizin növbəti mərhələdəki rəqibi rumıniyalı Georgian Tudor olacaq.
 
50 kq-da mübarizə aparan Orxan Əliyev isə ilkin mərhələdə parlaq qələbə qazanıb. Orxan 1-ci raundda yunanıstanlı Ramin Agkitzidisi rinqə çıxmağa peşman edib. Görüş vaxtından əvvəl  başa çatıb. Əliyev növbəti mərhələdə Belarus boksçusu Anton Balla üz-üzə gələcək.
 
Nurlan Nağıyev (57 kq) ilk döyüşünü Xorvatiya idmançısı Luka Plantikə qarşı keçirib. 27:17 hesabı ilə qalib gələn Nağıyev növbəti mərhələdə israilli Tal Ahronovla döyüşəcək.
 
60 kq çəki dərəcəsində yarışan Telman Qafarlı Moldova nümayəndəsi Andrey Bovbolanı 6:1 hesabı ilə məğlub edib.
 
Orxan Mayıllı ( 70 kq) da ilk görüşünü qələbə ilə başa vuranlar arasındadı. O, finlandiyalı Dmitri Keroneni 15:6 hesabı ilə üstələyib.
 
Rahil Məmmədli (80 kq) Macarıstan boksçusu Tamaş Varadini (10:2), Məhəmmədəli Tahirov isə (80+kq) isə türkiyəli Yaman Qarıkı (17:6) məğlubiyyətə uğradıb.
 
İyulun 2-də başa çatacaq Avropa birinciliyində ölkəmizi hakim kimi  Fuad Aslanov təmsil edir.

Похожие новости

Boks 02 oktyabr

Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm

Azərbaycan boks yığmasının üzvü, Polşada keçirilən III Avropa Oyunlarında bürünc medal qazanaraq, Paris-2024-ə lisenziya əldə edən Murad Allahverdiyev Azerisport.com-a müsahibə verib.
Boks 01 noyabr

Azərbaycan yığmasının baş məşqçisi istefaya göndərildi

Boks üzrə Azərbaycan yığmasının baş məşqçisi Pedro Roke istefaya göndərilib.
Boks 27 avqust

Zamiq Atakişiyevdən ikinci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev növbəti döyüşünü keçirib.
Boks 01 avqust

Zamiq Atakişiyevdən debütündə erkən qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə debüt edib.
Boks 30 iyul

Qəbələnin boksçusu Riqada rinqə çıxacaq

“Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə ilk döyüşünü keçirəcək
Boks 28 iyun

Boks yığmamız ABŞ-a bu heyətlə gedir

Olimpiadaya tarixində ilk dəfə maksimum heyətlə qatılacaq kişilərdən ibarət boks yığmamız sonuncu təlim-məşq toplanışını ölkə xaricində keçəcək.
Boks 25 iyun

Rüfətlə Teymur çempion oldu, Kamran Rioya lisenziya qazandı

Bakıda Olimpiadaya lisenziya verən boks üzrə beynəlxalq turnirə yekun vurulub.
Boks 01 iyun

Üç boksçumuz üçün Rioya lisenziya qazanmaq şansı

İyunun 16-dan 25-dək Bakıda boks üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək.
Boks 24 may

Azərbaycan boks üzrə dünya çempionatını medalsız başa vurdu

Qazaxıstanın paytaxtı Astana şəhərində boks üzrə qadınların dünya çempionatı keçirilir.