29 iyun 2011 17:22

Qitə çempionatında erməni üzərində zəfər

Macarıstanın Ketsxey şəhərində boks üzrə yeniyetmələr arasında Avropa çempionatı davam edir. Azerisport.az xəbər verir ki, bu gün qitə birinciliyində 9 idmançımız 1/4 finala vəsiqə qazanıb.
 
50 kq çəki dərəcəsində mübarizə aparan Orxan Əliyev 1/8 finalda Belarus nümayəndəsi Anton Balı 13:11 hesabı ilə məğlub edib. Həmyerlimizin növbəti rəqibi ukraynalı Vladislav Kutepov olacaq.
 
60 kq çəki dərəcəsində mübarizə aparan Telman Qafarlı qitə birinciliyində ikinci döyüşünü də qələbə ilə başa vurub. Həmyerlimizin ikinci qələbəsi daha parlaq və yaddaqalan olub. Çünki Qafarlı bu dəfə Ermənistan boksçusu Rafael Barseqyanı rinqə çıxmağa peşman edib – 9:5. Boksçumuz yarımfinala gedən yolda rusiyalı Tamerlan Batdiyevlə döyüşəcək.
 
1/4 finala vəsiqə qazananlar arasında Əli Həsənov da (63 kq) var. O, çexiyalı Yozef Laniki 3-cü raundda nokauta salıb. Onun növbəti rəqibi Gürcüstan idmançısı George Sarkisovi olacaq.
 
Nəbi Bağırov (66 kq) ilk döyüşdə bolqarıstanlı Aleksandr Kostovu 15:7 hesabı ilə üstələyib.
 
Qeyd edək ki, buna qədər Araz Gülməmmədov (48 kq), Nəsrəddin Məmmədov (52 kq), Nurlan Nağıyev (57 kq), Rahil Məmmədli (80 kq) və Məhəmmədəli Tahirov (80+kq) 1/4 finala yüksəliblər. Orxan Mayılı (70 kq) ikinci görüşdə rusiyalı Maqomed Maqomedova 7:11 hesabı ilə uduzaraq, turnirlə vidalaşıb. İman Əhmədli (54 kq) isə rumıniyalı Arsen Mustafaya 7:11 hesabı ilə yenilərək, mübarizədən kənarda qalıb.

Похожие новости

Boks 02 oktyabr

Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm

Azərbaycan boks yığmasının üzvü, Polşada keçirilən III Avropa Oyunlarında bürünc medal qazanaraq, Paris-2024-ə lisenziya əldə edən Murad Allahverdiyev Azerisport.com-a müsahibə verib.
Boks 01 noyabr

Azərbaycan yığmasının baş məşqçisi istefaya göndərildi

Boks üzrə Azərbaycan yığmasının baş məşqçisi Pedro Roke istefaya göndərilib.
Boks 27 avqust

Zamiq Atakişiyevdən ikinci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev növbəti döyüşünü keçirib.
Boks 01 avqust

Zamiq Atakişiyevdən debütündə erkən qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə debüt edib.
Boks 30 iyul

Qəbələnin boksçusu Riqada rinqə çıxacaq

“Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə ilk döyüşünü keçirəcək
Boks 28 iyun

Boks yığmamız ABŞ-a bu heyətlə gedir

Olimpiadaya tarixində ilk dəfə maksimum heyətlə qatılacaq kişilərdən ibarət boks yığmamız sonuncu təlim-məşq toplanışını ölkə xaricində keçəcək.
Boks 25 iyun

Rüfətlə Teymur çempion oldu, Kamran Rioya lisenziya qazandı

Bakıda Olimpiadaya lisenziya verən boks üzrə beynəlxalq turnirə yekun vurulub.
Boks 01 iyun

Üç boksçumuz üçün Rioya lisenziya qazanmaq şansı

İyunun 16-dan 25-dək Bakıda boks üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək.
Boks 24 may

Azərbaycan boks üzrə dünya çempionatını medalsız başa vurdu

Qazaxıstanın paytaxtı Astana şəhərində boks üzrə qadınların dünya çempionatı keçirilir.