27 iyun 2011 14:25
Millimizin üzvü Avropada yeni rekord müəyyənləşdirdi
Azərbaycan milli komandasının boksçusu Salman Əlizadə Avropa çempionatları tarixində qızıl medal qazanmış ən gənc idmançı kimi tarixə düşüb. Azerisport.az xəbər verir ki, qitə çempionatının finalında rusiyalı Belik Qalanovu məğlub edən həmyerlimiz 1993-cü il dekabrın 1-də anadan olub.
O, fəxri kürsünün ən yüksək pilləsinə qalxarkən cəmi 17 yaşındaydı. İndiyədək böyüklər arasında qitə çempionatında bu yaşda qızıl medal əldə edən olmayıb.
Dünya Boks Federasiyasının (AİBA) rəsmi saytında da boksçumuzun yeni rekorda imza atdığı yazılıb. Qeyd edək ki, 18 il bundan öncə - 1993-cü il sentyabrın 12-də Rövşən Hüseynov qitə çempionatında qızıl medala sahib olanda Əlizadə hələ dünyaya gəlməmişdi.
