24 iyun 2011 12:46

Millimizin üzvü türkiyəli azarkeşlərdən dəstək istədi

Boks üzrə Avropa çempionatının finaı görüşündə mübarizə aparacaq mili komandamızın üzvü Teymur Məmmədov qızıl medal qazanmaq üçün əlindən gələni edəcəyini deyib. Azerisport.az xəbər verir ki, yarımfinalda alman Johan Vitti məğlub edən boksçumuzu finalda təcrübəli Tervel Pulev gözləyir:
 
“İndiyədək onunla rinqdə üz-üzə gəlməmişəm. Amma Pulev artıq uzun illərdi ki, dünya boksundadı. Son Avropa çempionatının gümüş mükafatçısıdı. Amma biz də bu yarışa gələrkən, qarşımıza müəyyən məqsədlər qoymuşuq. Yerli azarkeşləri də bizə dəstək olmağa çağırıram. Avropa çempionatının  qızıl medalını qazanmaq istəyirəm”.
 
18 yaşlı idmançı zərbələrinin o qədər də qüvvətli olmaması ilə bağlı fikirlərə də cavab verib: “Bəlkə də bu kənardan daha aydın görünür. Nəzərə alın ki, mənim çəkim 83 kq-dı. Rəqiblərimdən 7-8 kq zəif oluram. Bu isə boksda böyük rəqəmdi. Buna görə də  zərbələrim onlar üçün sarsıdıcı olmur. Amma digər keyfiyyətlərimdən istifadə etməyə çalışıram”.
 
Xatırladaq ki, boks üzrə Avropa çempionatının final görüşləri bu gün Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

Похожие новости

Boks 02 oktyabr

Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm

Azərbaycan boks yığmasının üzvü, Polşada keçirilən III Avropa Oyunlarında bürünc medal qazanaraq, Paris-2024-ə lisenziya əldə edən Murad Allahverdiyev Azerisport.com-a müsahibə verib.
Boks 01 noyabr

Azərbaycan yığmasının baş məşqçisi istefaya göndərildi

Boks üzrə Azərbaycan yığmasının baş məşqçisi Pedro Roke istefaya göndərilib.
Boks 27 avqust

Zamiq Atakişiyevdən ikinci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev növbəti döyüşünü keçirib.
Boks 01 avqust

Zamiq Atakişiyevdən debütündə erkən qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə debüt edib.
Boks 30 iyul

Qəbələnin boksçusu Riqada rinqə çıxacaq

“Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə ilk döyüşünü keçirəcək
Boks 28 iyun

Boks yığmamız ABŞ-a bu heyətlə gedir

Olimpiadaya tarixində ilk dəfə maksimum heyətlə qatılacaq kişilərdən ibarət boks yığmamız sonuncu təlim-məşq toplanışını ölkə xaricində keçəcək.
Boks 25 iyun

Rüfətlə Teymur çempion oldu, Kamran Rioya lisenziya qazandı

Bakıda Olimpiadaya lisenziya verən boks üzrə beynəlxalq turnirə yekun vurulub.
Boks 01 iyun

Üç boksçumuz üçün Rioya lisenziya qazanmaq şansı

İyunun 16-dan 25-dək Bakıda boks üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək.
Boks 24 may

Azərbaycan boks üzrə dünya çempionatını medalsız başa vurdu

Qazaxıstanın paytaxtı Astana şəhərində boks üzrə qadınların dünya çempionatı keçirilir.