24 iyun 2011 11:27

Salman Əlizadə: Tam gücümü ortaya qoymadım

Boks üzrə Avropa çempionatında finala vəsiqə qazanan Salman Əlizadə ən yaxşı görüşünü yarımfinalda keçirdiyini deyib. Azerisport.az xəbər verir ki, qızıl medalın bir addımlığında olan həmyerlimiz bunları dilə gətirib:
 
“1/4 finalda Fransa boksçusu Jeremi Bekku ilə döyüşdə daha çox əziyyət çəkdim. Çünki o mənə uyğun rəqib deyildi. Amma yarımfinalda ingiltərəli Çarli Edvardsı udacağımı bilirdim. Onun döyüş tərzi mənim qələbə qazanmağımı asanlaşdırdı. Avropa çempionatında ən yaxşı görüşümü keçirdim. Bu dəfə yorğunluq da yaranmadı. Finala çıxdığım üçün sevincliyəm”.
 
Əlizadə qitə çempionatının finalında Rusiya nümayəndəsi Belik Qalanovla görüşəcək. Qeyd edək ki, milli komandamız Avropa çempionatına Rusiya yığması ilə birgə hazırlaşıb. Bu səbəbdən də boksçular bir-birlərini yaxşı tanıyırlar: “Təlim-məşq toplanışında bir yerdə idik. Amma rusiyalı boksçular özlərini qorumağa çalışırdılar. Mən də onların çəkliş etdiyini görüb, tam gücümü ortaya qoymadım. Finalda qalib gəlməyə çalışacam. Bu gücü özümdə hiss edirəm. Ancaq bu idmandı, hər şey ola bilər”.

Похожие новости

Boks 02 oktyabr

Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm

Azərbaycan boks yığmasının üzvü, Polşada keçirilən III Avropa Oyunlarında bürünc medal qazanaraq, Paris-2024-ə lisenziya əldə edən Murad Allahverdiyev Azerisport.com-a müsahibə verib.
Boks 01 noyabr

Azərbaycan yığmasının baş məşqçisi istefaya göndərildi

Boks üzrə Azərbaycan yığmasının baş məşqçisi Pedro Roke istefaya göndərilib.
Boks 27 avqust

Zamiq Atakişiyevdən ikinci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev növbəti döyüşünü keçirib.
Boks 01 avqust

Zamiq Atakişiyevdən debütündə erkən qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə debüt edib.
Boks 30 iyul

Qəbələnin boksçusu Riqada rinqə çıxacaq

“Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə ilk döyüşünü keçirəcək
Boks 28 iyun

Boks yığmamız ABŞ-a bu heyətlə gedir

Olimpiadaya tarixində ilk dəfə maksimum heyətlə qatılacaq kişilərdən ibarət boks yığmamız sonuncu təlim-məşq toplanışını ölkə xaricində keçəcək.
Boks 25 iyun

Rüfətlə Teymur çempion oldu, Kamran Rioya lisenziya qazandı

Bakıda Olimpiadaya lisenziya verən boks üzrə beynəlxalq turnirə yekun vurulub.
Boks 01 iyun

Üç boksçumuz üçün Rioya lisenziya qazanmaq şansı

İyunun 16-dan 25-dək Bakıda boks üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək.
Boks 24 may

Azərbaycan boks üzrə dünya çempionatını medalsız başa vurdu

Qazaxıstanın paytaxtı Astana şəhərində boks üzrə qadınların dünya çempionatı keçirilir.