24 iyun 2011 19:15

Azərbaycan AÇ-də iki qızıl medal qazandı (YENİLƏNİB)

Türkiyənin Ankara şəhərində boks üzrə Avropa çempionatı davam edir. Azerisport.az xəbər verir ki, bu gün final görüşləri keçirilib.
 
40 ölkənin 250-dək boksçusunun mübarizə apardığı turnirdə bu gün Azərbaycan yığmasının da 2 üzvü qızıl medal qazanmaq üçün bacarığını nümayiş etdirmək hüququ qazanıb. Yarımfinal mərhələsini uğurla adlayaraq, ən azı gümüş medalı özləri üçün təmin etmiş Salman Əlizadə (49 kq) və Teymur Məmmədov (91 kq) həlledici döyüşünü də qələbə ilə başa vurmağa çalışıb.

49 kq çəki dərəcəsində yarışan Salman Əlizadə rusiyalı Belik Qalanovla mübarizədən qalib çıxmağa çalışıb. İlk raundu 6:4 öndə tamamlayan Salman ikincidə bir qədər zəif döyüşsə də, son raunnda 16:14 hesablı qələbəni təmin edə bilib və Avropa çempionu olub.
 
Teymur Məmmədova (91 kq) gəlincə, o, bolqarıstanlı Tervel Pulevlə qarşılaşır. Artıq görüşdə ilk iki raund başa çatıb. Təmsilçimiz birinci raundu 5:4 öndə bitirdiyi halda, ikinci raundda 10:3 başa vurub. Hakimlər üçüncü raundun keçirilməsinə ehtiyac duymayıblar və çempionluğu həmyerlimizə veriblər.

Похожие новости

Boks 02 oktyabr

Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm

Azərbaycan boks yığmasının üzvü, Polşada keçirilən III Avropa Oyunlarında bürünc medal qazanaraq, Paris-2024-ə lisenziya əldə edən Murad Allahverdiyev Azerisport.com-a müsahibə verib.
Boks 01 noyabr

Azərbaycan yığmasının baş məşqçisi istefaya göndərildi

Boks üzrə Azərbaycan yığmasının baş məşqçisi Pedro Roke istefaya göndərilib.
Boks 27 avqust

Zamiq Atakişiyevdən ikinci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev növbəti döyüşünü keçirib.
Boks 01 avqust

Zamiq Atakişiyevdən debütündə erkən qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə debüt edib.
Boks 30 iyul

Qəbələnin boksçusu Riqada rinqə çıxacaq

“Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə ilk döyüşünü keçirəcək
Boks 28 iyun

Boks yığmamız ABŞ-a bu heyətlə gedir

Olimpiadaya tarixində ilk dəfə maksimum heyətlə qatılacaq kişilərdən ibarət boks yığmamız sonuncu təlim-məşq toplanışını ölkə xaricində keçəcək.
Boks 25 iyun

Rüfətlə Teymur çempion oldu, Kamran Rioya lisenziya qazandı

Bakıda Olimpiadaya lisenziya verən boks üzrə beynəlxalq turnirə yekun vurulub.
Boks 01 iyun

Üç boksçumuz üçün Rioya lisenziya qazanmaq şansı

İyunun 16-dan 25-dək Bakıda boks üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək.
Boks 24 may

Azərbaycan boks üzrə dünya çempionatını medalsız başa vurdu

Qazaxıstanın paytaxtı Astana şəhərində boks üzrə qadınların dünya çempionatı keçirilir.