23 iyun 2011 11:45

Səfir yığmamızın üzvləri ilə görüşdü

Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov  Ankarada keçirilən boks üzrə Avropa çempionatında çıxış edən milli komandamızın üzvlərini qəbul edib. Azerisport.az xəbər verir ki, səfir 3 boksçumuzun yarımfinala vəsiqə qazanması münasibəti ilə idmançıları təbrik edərək, onlara uğurlar arzulayıb.
 
Azərbaycan Boks Federasiyasının (ABF) vitse-prezidenti  Ağacan Abiyev səfirə qitə çempionatı haqqında məlumat verib. O, artıq 3 medalın təmin edildiyini  deyərək, Ankara İdman Sarayında himnimizin səsləndirilməsinin də vacib olduğunu  bildirib: “14 final mərhələsinin görüşləri çox gərgin keçdi. 91 kq çəki dərəcəsində mübarizə aparan Teymur Məmmədovun Rusiya boksçusu üzərində qələbəsini xüsusilə fərqləndirərdim. Teymur döyüşə çıxarkən cəmi 83 kq idi. Ancaq o görüşü düzgün quraraq, qələbə qazana bildi.  Elvin İsayev 1/8 finalda Türkiyə boksçusu Fatih Keleşə uduzmamışdı. Həmin döyüşdə əslində İsayev rəqibini 2 xal fərqlə üstələmişdi. Amma sonda 24:23 hesabı ilə qələbəni rəqibə verdilər”.
 
Abiyev sonuncu dəfə Avropa çempionatında qızıl medalın 1993-cü ildə qazanılmasını xatırladaraq, həmin yarışın da Türkiyədə keçirildiyini deyib: “1993-cü ildə Bursada Rövşən Hüseynov fəxri kürsünün ən yüksək pilləsinə qalxmışdı. İnanıram ki, qardaş ölkə bizə yenə düşərli olacaq”.
 
ABF-nin vitse-prezidenti üzərində ümumilli lider Heydər Əliyevin rəsmi olan xüsusi medalı səfirə təqdim edib. Faiq Bağırov yarımfinal görüşlərinə də gələrək, boksçularımıza dəstək olacağını bildirib.   

Похожие новости

Boks 02 oktyabr

Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm

Azərbaycan boks yığmasının üzvü, Polşada keçirilən III Avropa Oyunlarında bürünc medal qazanaraq, Paris-2024-ə lisenziya əldə edən Murad Allahverdiyev Azerisport.com-a müsahibə verib.
Boks 01 noyabr

Azərbaycan yığmasının baş məşqçisi istefaya göndərildi

Boks üzrə Azərbaycan yığmasının baş məşqçisi Pedro Roke istefaya göndərilib.
Boks 27 avqust

Zamiq Atakişiyevdən ikinci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev növbəti döyüşünü keçirib.
Boks 01 avqust

Zamiq Atakişiyevdən debütündə erkən qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə debüt edib.
Boks 30 iyul

Qəbələnin boksçusu Riqada rinqə çıxacaq

“Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə ilk döyüşünü keçirəcək
Boks 28 iyun

Boks yığmamız ABŞ-a bu heyətlə gedir

Olimpiadaya tarixində ilk dəfə maksimum heyətlə qatılacaq kişilərdən ibarət boks yığmamız sonuncu təlim-məşq toplanışını ölkə xaricində keçəcək.
Boks 25 iyun

Rüfətlə Teymur çempion oldu, Kamran Rioya lisenziya qazandı

Bakıda Olimpiadaya lisenziya verən boks üzrə beynəlxalq turnirə yekun vurulub.
Boks 01 iyun

Üç boksçumuz üçün Rioya lisenziya qazanmaq şansı

İyunun 16-dan 25-dək Bakıda boks üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək.
Boks 24 may

Azərbaycan boks üzrə dünya çempionatını medalsız başa vurdu

Qazaxıstanın paytaxtı Astana şəhərində boks üzrə qadınların dünya çempionatı keçirilir.