23 iyun 2011 18:28

İki boksçumuz AÇ-nin finalında (YENİLƏNİB)

Türkiyənin Ankara şəhərində boks üzrə Avropa çempionatı davam edir. Azerisport.az xəbər verir ki, bu gün yarımfinal görüşləri keçirilib.
 
40 ölkənin 250-dək boksçusunun mübarizə apardığı turnirdə bu gün Azərbaycan yığmasının 3 üzvü rinqdəki bacarığını nümayiş etdirmək hüququ qazanıb. 1/4 final mərhələsini uğurla adlayaraq, ən azı bürünc medalı özləri üçün təmin etmiş Salman Əlizadə (49 kq), Heybətulla Hacıəliyev (64 kq) və Teymur Məmmədov (91 kq) finala çıxmağa çalışıb.
 
49 kq çəki dərəcəsində yarışan Salman Əlizadə ingiltərəli Çarli Edvardla qarşılaşıb və ona qalib gələrək, adını finala yazdırıb. Həlledici görüşdə həmyerlimiz rusiyalı Belik Qalanovla döyüşəcək.
 
64 kq çəki dərəcəsində mübarizə aparan Heybətulla Hacəliyev isə İrlandiyanı təmsil edən Raymond Moyletlə döyüşdə məğlub olaraq, bürünc medalla kifayətlənməli olub.
 
Teymur Məmmədova (91 kq) gəlincə, o, finala vəsiqə üçün almaniyalı Yohan Vitti mübarizədən kənarlaşdırmalıydı ki, bunu da bacarıb - 18:12. Məmmədov finalda bolqarıstanlı Tervel Pulevlə döyüşəcək.

Похожие новости

Boks 02 oktyabr

Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm

Azərbaycan boks yığmasının üzvü, Polşada keçirilən III Avropa Oyunlarında bürünc medal qazanaraq, Paris-2024-ə lisenziya əldə edən Murad Allahverdiyev Azerisport.com-a müsahibə verib.
Boks 01 noyabr

Azərbaycan yığmasının baş məşqçisi istefaya göndərildi

Boks üzrə Azərbaycan yığmasının baş məşqçisi Pedro Roke istefaya göndərilib.
Boks 27 avqust

Zamiq Atakişiyevdən ikinci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev növbəti döyüşünü keçirib.
Boks 01 avqust

Zamiq Atakişiyevdən debütündə erkən qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə debüt edib.
Boks 30 iyul

Qəbələnin boksçusu Riqada rinqə çıxacaq

“Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə ilk döyüşünü keçirəcək
Boks 28 iyun

Boks yığmamız ABŞ-a bu heyətlə gedir

Olimpiadaya tarixində ilk dəfə maksimum heyətlə qatılacaq kişilərdən ibarət boks yığmamız sonuncu təlim-məşq toplanışını ölkə xaricində keçəcək.
Boks 25 iyun

Rüfətlə Teymur çempion oldu, Kamran Rioya lisenziya qazandı

Bakıda Olimpiadaya lisenziya verən boks üzrə beynəlxalq turnirə yekun vurulub.
Boks 01 iyun

Üç boksçumuz üçün Rioya lisenziya qazanmaq şansı

İyunun 16-dan 25-dək Bakıda boks üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək.
Boks 24 may

Azərbaycan boks üzrə dünya çempionatını medalsız başa vurdu

Qazaxıstanın paytaxtı Astana şəhərində boks üzrə qadınların dünya çempionatı keçirilir.