23 iyun 2011 15:48

Millimiz AÇ-də yalnız Rusiya, Türkiyə və İtaliyadan geri qalır

Hazırda Türkiyənin Ankara şəhərində davam edən boks üzrə Avropa çempionatının yarımfinalında ən çox idmançı ilə təmsil olunan ölkə Rusiyadı. Azerisport.az xəbər verir ki, şimal qonşumuz yarışa ikinci heyətlə gəlməsinə baxmayaraq, 6 medalı  özünə təmin edib.
 
Meydan sahibi Türkiyə və son vaxtlar  yüksəlişdə olan İtaliyanın 4 təmsilçisi yarımfinal döyüşlərinə çıxacaqlar. Milli komandamız və Gürcüstan 3 boksçu ilə 4-5-ci yerləri bölüşürlər. Son illərdə Gürcüstan boksu durğunluqda olduğundan 3 medal qonşularımız üçün böyük uğurdu. Ukrayna və İrlandiya kimi komandaların yalnız 2 boksçusunun medal qazanması isə gözlənilməz olub. İrlandlar son qitə çempionatında 5 medal əldə etmişdilər. Elə Ukrayna da daim dünya boksunda öndə gələn ölkələrdən olub. Ukrayna və İrlandiyadan başqa, Moldova, Uels, Rumıniya, Bolqarıstan və İngiltərə yarımfinalda 2 idmançı ilə təmsil olunacaq. Bədnam qonşularımız Ermənistan komandasının isə yalnız 1 üzvü medal qazana biləcək.
 
Xatırladaq ki, bugün boksçularımızdan Salman Əlizadə (49 kq), Heybətulla Hacəliyev (64 kq) və Teymur Məmmədov (91 kq) yarımfinal görüşlərini keçirəcəklər.  

Похожие новости

Boks 02 oktyabr

Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm

Azərbaycan boks yığmasının üzvü, Polşada keçirilən III Avropa Oyunlarında bürünc medal qazanaraq, Paris-2024-ə lisenziya əldə edən Murad Allahverdiyev Azerisport.com-a müsahibə verib.
Boks 01 noyabr

Azərbaycan yığmasının baş məşqçisi istefaya göndərildi

Boks üzrə Azərbaycan yığmasının baş məşqçisi Pedro Roke istefaya göndərilib.
Boks 27 avqust

Zamiq Atakişiyevdən ikinci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev növbəti döyüşünü keçirib.
Boks 01 avqust

Zamiq Atakişiyevdən debütündə erkən qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə debüt edib.
Boks 30 iyul

Qəbələnin boksçusu Riqada rinqə çıxacaq

“Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə ilk döyüşünü keçirəcək
Boks 28 iyun

Boks yığmamız ABŞ-a bu heyətlə gedir

Olimpiadaya tarixində ilk dəfə maksimum heyətlə qatılacaq kişilərdən ibarət boks yığmamız sonuncu təlim-məşq toplanışını ölkə xaricində keçəcək.
Boks 25 iyun

Rüfətlə Teymur çempion oldu, Kamran Rioya lisenziya qazandı

Bakıda Olimpiadaya lisenziya verən boks üzrə beynəlxalq turnirə yekun vurulub.
Boks 01 iyun

Üç boksçumuz üçün Rioya lisenziya qazanmaq şansı

İyunun 16-dan 25-dək Bakıda boks üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək.
Boks 24 may

Azərbaycan boks üzrə dünya çempionatını medalsız başa vurdu

Qazaxıstanın paytaxtı Astana şəhərində boks üzrə qadınların dünya çempionatı keçirilir.